• $
  • €
  • ₽
  • ₺
  • £

24 ermənini məhv edən 24 yaşlı zabit

24 ermənini məhv edən 24 yaşlı zabit
31.10.2017 23:47
SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçovun imzaladığı sonuncu fərmanlardan biri də 17 sentyabr 1991-ci ildə ölümündən sonra leytenanat Oleq Babaka Sovet İttifaqı Qəhrəmanı adının verilməsi olub. Və bununla da süquta uğrayan SSRİ-nin tarixinə 24 yaşlı Oleq Babak sonuncu qəhrəman kimi düşüb.
Milliyətcə ukraynalı olan gənc zabit Rusiyada, Ukraynada Babak soyadı ilə qəhrəman kimi tanındığı halda, o, Azərbaycanda Babək kimi yaddaşlarda qalıb.
Unikal.org modern.az-a istinadən Oleq Babak haqqında yazını təqdim edir.

Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi məktəbinə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında xidmət edib.

Ermənilər Qarabağla bağlı yersiz torpaq iddiasına başlayanda və artıq 1991-ci ildə Qubadlı münaqişə zonasına çevriləndə Oleq Babak mart ayında ictimai asayişin qorunması üçün komandiri olduğu bölüklə birgə rayonun Yuxarı Cibikli kəndinə ezam olunub. Çox qısa bir müddət ərzində kənd sakinlərinin doğma bir adamına çevrilib. Yerli əhalinin təhlükəsizliyini qoruyan gənc zabit bu ərəfədə ermənilərin dinc sakinlərə qarşı basqılarının şahidi olub.

Həmin ilin aprel ayının 7-də baş verən hadisə isə Oleq Babak üçün son dözüm həddinə çevrilib. Belə ki, iki nəfər kənd sakininin erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Babakın səbrini tükəndirib. Gənc zabit təmas xəttinə gələrək meyitlərin təhvil verilməsini və erməni quldurlarının geri çəkilməsini tələb edib. Buna məhəl qoymayan ermənilər Babakın tələbəni atəşlərlə qarşılayıb.



Vəziyyətin gərginliyini, kənd sakinlərinin real təhlükədə olduğunu hiss edən Babak öz qəti qərarını verib. O döyüşçü yoldaşlarını kənd sakinlərini qorumaq üçün arxaya göndərib. Özü isə təkbaşına 70-ə yaxın erməni yaraqlıları ilə döyüşə atılıb. Döyüşdən qabaq ermənilərlə danışıqlar aparan leytenant milliyətcə erməni olan kursant yoldaşının da cinayətkar erməni dəstəsinin sıralarında olduğunu bilib. Babak vəziyyətin sakit yolla həll olunmasını erməni zabitinə təklif edəndə "paqon” yoldaşı bu təklifə güllələrlə cavab verib. 30 nəfərə yaxın ermənini məhv edən Oleq Babak bu döyüşdə son damla qanınadək vuruşaraq qəhrəmancasına həlak olub.

Sonradan döyüş gedən əraziyə baxış keçirilərkən məlum olub ki, 24 nəfər erməni Babakın gülləsinə tuş gələrək yerindəcə məhv olub, 7 nəfər isə ölümcül vəziyyətdə yaralanıb.

Məhz Babakın bu qəhrəmanlığının hesabına yüzlərlə azərbaycanlının həyatı xilas olub.

Hələ Oleq Babak Yuxarı Cibikli kəndinə gəldiyi ilk günlərdə, özünün zabit şərəfini layiqincə nümayiş etdirəndə, erməni haqsızlığına dözmədiyini bildirində kənd sakinləri onu Babək adlandırmışdılar. Babak isə çox keçmədən bu xalq qəhrəmanının adını layiqincə doğrultdu və yaddaşlarda SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmaqla yanaşı, həm də Qubadlının Babəki kimi qaldı...





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol