Rafiq Hüseynovun nəşi Azərbaycana yola salınıb

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun nəşi Almaniyadan Azərbaycana yola salınıb.
Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
Sosial səhifələrdə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























