• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvana QARABAĞ ZƏRBƏSİ

İrəvana QARABAĞ ZƏRBƏSİ
02.11.2017 15:35
Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək.

Publika.az xəbər verir ki, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq.

Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq.

Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

"Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir.

Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalayacaq. Lakin bu sazişin imzalanmaması ehtimalı da böyükdür. Ekspertlər İrəvanın 2013-cü ildə Assosiativ Sazişlə bağlı olduğu kimi Brüsselə son anda hiylə gələcəyini hesab edirlər. Digər fikirlərə görə, Sarkisyan əslində Brüssellə yeni sazişi Rusiyaya qarşı kart olaraq istifadə etmək niyyətindədir. Əsas hədəf 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra Ermənistan üzərində nəzarəti saxlamaq üçün Moskvadan dəstəyin təmin edilməsidir.

Sarkisyanın bu addımının digər hədəfi Ermənistan daxilində onun "Moskvanın boyunduruğunda” olması haqda deyilənləri yumşaltmaqdır. Ermənistan prezidenti Aİ ilə imzalanması gözlənilən yeni sazişdən həm daxili siyasətdə, həm də özünü qorumaq üçün Moskvanın qarşısında istifadə etməyi düşünür. Lakin Şərq Tərəfdaşlığı sammitində qəbul ediləcək qətnamə Sarkisyanın planlarını alt-üst edə bilər. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə onun da imza atmaq məcburiyyətində qalması bumeranq effekti deməkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol