• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ermənistana şərt qoydu

Bakı Ermənistana şərt qoydu
02.11.2017 16:00
Rəsmi Bakı Ermənistanın Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq şərtini açıqladı. "Əgər onlar bunu istəyirlərsə ilk ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir". Bu bəyanatı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Monteneqro xarici işlər naziri ilə keçirdiyi birgə bifinqdə səsləndirib. 

"İlk növbədə Qarabağ münaqişəsi həll olmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir". 

BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib. Açılış mərasimdə iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər etmişdi.  Adıçəkilən xəttin açılışı Ermənistanda böyük narahatlığa səbəb olub. 

Region ölkələrindən yalnız Ermənistan ilk başdan BTQ-nin açılışının əleyhinədir. Erməni ekspertlər istər Ermənistan mətbuatında, istərsə də Rusiya mətbuatında kəmərin əhəmiyyətsiz olduğunu, onu tikməyə heç bir ehtiyaс olmadığını sübut etməyə çalışırdılar. Amma indi vəziyyət dəyişib. Ermənistandan emissarlar Gürсüstanın müxtəlif dairələrinə müraсiət edərək BTQ-dən istifadə etməyə iсazə istəyirlər. Bəzi erməni ekspertlər BTQ-nin Ermənistan iqtisadiyyatı üçün xilas olduğunu vurğulayırlar.

BTQ Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol