• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Bakı-Tiflis-Qarsı vurur, Türkiyə regiona qoşun yeridir…

Ermənistan Bakı-Tiflis-Qarsı vurur, Türkiyə regiona qoşun yeridir…
03.11.2017 16:26
Ermənistan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunu raket atəşinə tuta bilər.

İstiPress-in məlumatına görə, bu barədə erməni şərhçi Akop Badalyan Ermənistanın "Lragir” portalında BTQ-nin açılışı ilə bağlı yazdığı təhlil məqaləsində bildirib.
 
Akop Badalyan öz məqaləsində BTQ-nin açılış mərasimi günlərində Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın "RİA Novosti” agentilyinə verdiyi müsahibəsidə Rusiyadan alınan silaşlardan danışmasına toxunub: "Diqqətə layiqdir ki, Sarkisyan silah alınmasından danışır, bununla da sərt  işarə vurur ki, Bakı-Qars yolu Ermənistan üçün hədəfə çevrilə bilər, eləcə də Bakı-Ceyhan neft kəməri”.

Akop Badalyanın bu ifadəsi həm Azərbaycanda, həm də Gürcüstanda birmənalı qarşılanmayıb. Yerli mətbuat bunu ciddi təhlükə sayıb və bunun da səbəbi var. İstər Akop Badalyan, istərsə də bəzi ermənipərəst Rusiya şərhçiləri BTQ-nin Ermənistandan çox, Rusiyanın əleyhinə layihə olduğunu iddia etməyə başlayıblar. Xüsusilə də BTQ-nin ermənilərin yaşadığı Cavaxetiya regionundan keçməsi Rusiya və Ermənistanın bölgəyə birgə müdaxiləsini ehtimal etməyə imkan verir.

Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bunu mümkünsüz sayır:

"Ermənistan BTQ-ni vura bilməz, çünki dəmir yolu beynəlxalq hüquq əsasında qorunur, bu, məsələ, təkcə  Türkiyə və Azərbaycanın əleyhinə deyil, ABŞ və Avropa Birliyinin əleyhinə də getmək deməkdir. Əksinə İrəvan hətta BTQ-yə qoşulmaq istəyir. Serj Sarkisyan bunun üçün hətta Rusiya prezidenti Vladimir Putini minnətçi salıb”.

Qabil Hüseynlinin fikrincə, Ermənistan hətta tam ağılsızlıq edərək BTQ-ni vurarsa, Türkiyənin dəmir yolu dəhlizinə ordu yeritməsinə əsas vermiş olacaq:

"Yalnız Türkiyə deyil, Azərbaycan və Gürcüstan da Ermənistana qarşı sərt addımlar ata bilər. Bu həm də BMT səviyyəsində Ermənistana qarşı sərt sanksiyalara səbəb ola bilər”.

Deyilənlərdən belə çıxır ki, Ermənistan BTQ-ni vura bilməsə  də, ondan yararlana bilər. Amma bir şərtlə - Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərini könüllü şəkildə tərk etməlidir.

İndi top Ermənistan tərəfdədir - İrəvan ya işğal etdiyi əraziləri tərk edərək regional layihələrdən istifadə etməklə sonsuza qədər inkişaf yolu seçə bilər. Ya da bu ölkənin regional layihələrdən kənarda qalmış boş əraziyə çevrilməsinə çox qalmayıb. Onda Ermənistan dövlətçiliyini elə ermənilərin özləri məhv edəcək - yoxsul və yiyəsiz ölkədən çıxıb gedə bilməyən sonuncu ahıllar da öləcək və bununla da Ermənistan dövləti tarixə qovuşacaq. Vəssalam.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol