Ermənistana yeni Qarabağ şərti

Xarici işlər naziri Edvard Nalbandyan təcili İsrailə çağırılıb
İstiPress-in məlumatına görə, Rusiyada yaşayan erməni mənşəli politoloq Semyon Baqdasarov "Regnum” agentliyinə müsahibəsi zamanı bildirib. Ən maraqlısı da odur ki, Baqdasarov bunun Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həlli üçün çox vacib olduğunu bildirib.
Baqdasarov erməniləri kürdlərlə barışmağa və onların 1915-ci ildə baş vermiş erməni-müsəlman toqquşmalarında iştirakını unutmağa çağırıb: "Kürdlərin 100 il qabaq baş vermiş "soyqırım”da iştirakını əsas götürmək olmaz. Söhbət ondan gedir ki, yeni şəraitdə müvafiq siyasət yürütmək lazımdır. Barışmaq lazımdır”.
O, iddia edib ki, İsrail regionda kürd dövlətinin yaranmasına çalışır və bundan yararlanmaq lazımdır. Qeyd edib ki, 6-7 noyabrda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İsrailə rəsmi səfərə gedəcək və onu baş nazir Beniamin Netanyahu dəvət edib. Ola bilər ki, səfər zamanı regionda Ermənistan - İsrail hərbi əməkdaşlığı, o cümlədən silahlı kürd qruplaşmalarına dəstək məsələsi müzakirə edilsin."Türk militarizmi güclü olduqca Dağlıq Qarabağ münaqişəsi kimi problemlər çözülməyəcək. Söhbət Ermənistanın böyük hərbi əməliyyatlarından və böyük hərbi xərclərindən getmir. Söhbət regionda vəziyyətə çox çevik təsirdən gedir”,- deyə o vurğulayıb.
Çingiz Rüstəmov / İstiPress
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























