• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ üzrə YENİ SAZİŞ: Ermənistana ölümcül zərbə endirilə bilər

Qarabağ üzrə YENİ SAZİŞ: Ermənistana ölümcül zərbə endirilə bilər
06.11.2017 11:26
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərindən sonra verdiyi "gələn həftə Putinlə görüşəcəm və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəm” açıqlaması münaqişə ətrafında əsas gündəmə çevrilib.
 
Ərdoğanın bu açıqlamanı məhz Bakıdan qayıdandən sonra verməsi onun Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdiyi və Qarabağla bağlı Azərbaycan-Türkiyə planının olduğunu ehtimal etməyə əsas verir. Hesab etmək olar ki, Ərdoğan Putinlə məhz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini müzakirə edəcək və ekspertlərin də dediyi kimi, münaqişənin həllində əsas açar ölkə olan Rusiyanı "yola gətirməyə” çalışacaq. Ərdoğanın Moskvada Putinə Qarabağla bağlı yeni saziş təqdim edəcəyi gözlənilir.

Prosesin maraqlı olan digər tərəfi Ərdoğanın Moskva səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyanın da Putinin qəbuluna düşəcəyidir. Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak məqsədilə rus torpaqlarına gedir, lakin onun səfərinin görünməyən tərəfində məhz Putinlə ciddi müzakirələrin aparılmasıdır. İrəvan faktiki olaraq, Ərdoğan-Putin görüşü və Qarabağ ətrafında cərəyan edən proseslərdən narahatdır. Ermənistan mediası Sarkisyanı Moskvada çəti görüş gözlədiyini yazır.

Publika.az xəbər verir ki, erməni şərhçi Aram Amatuni Putinlə Sarkisyanın kifayət qədər mürəkkəb müzakirələr aparacağını yazıb.

"Ərdoğanla Putin razılaşacaqsa, Sarkisyanı Moskvada olduqca çətin görüş gözləyir. İstisna edilmir ki, Putin Sarkisyanı münaqişənin həllinə məcbur edəcək, təbii ki, bu həll variantı Ermənistanın güzəştlər etməsindən ibarətdir”, - deyə o qeyd edir.

Erməni şərhçi bir nüçə gün öncə Sarkisyanın "Ermənistanı Qarabağ münaqişənin həllində ağrılı qərar gözləyir” açıqlamasını xatırladıb: "Bu, ərazilərin qaytarılması deməkdir. Sarkisyanın Moskva səfərindən öncə belə açıqlama verməsi vəziyyətin çətinliyindən xəbər verir. Əgər Sarkisyan qoyulan şərtlərə əməl etməsə, bu da Ermənistan üçün ağrılı nəticə deməkdir. Mümkündür ki, müharibə başlasın, yaxud da iqtisadi zərbələr endirilsin”.

Onun sözlərinə görə, bütün hallarda gələn həftə keçiriləcən Putin-Ərdoğan görüşü Ermənistan üçün təhlükəlidir.

"Artıq İrəvanda bu görüşün təhlükəli nəticələrinə hazırlıq aparılır”, - deyə erməni şərhçi vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol