• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Bakı Metropoliteni yenidən qurulacaq

İlham Əliyev: Bakı Metropoliteni yenidən qurulacaq
08.11.2017 13:22
Prezident İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, məktubu dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: "Hörmətli mərasim iştirakçıları! Sizi Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəllərində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxıb. İkinci Dünya müharibəsinin başlaması həmin planın, eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrdə qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdirildi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.

Ötən yarım əsrdə Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş verib, onun ümumşəhər sərnişindaşımalarında payı davamlı olaraq artıb. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılıb və müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilib. Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edib.

Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.

Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcək. Metropoliten müasir tələblərə müvafiq sürətdə yenidən qurulacaq və sərnişinlərin təhlükəsizlik səviyyəsi daha da yüksələcək.

İnanıram ki, "Bakı Metropoliteni" QSC-nin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışacaq və üzərinə düşən vəzifələrin layiqincə yenirə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəməyəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol