• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən təxribatının qarşısını alarkən əllərini itirən əsgərimiz müraciət etdi - VIDEO

Düşmən təxribatının qarşısını alarkən əllərini itirən əsgərimiz müraciət etdi - VIDEO
08.11.2017 14:51
Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər, müalicəm burda yoxdur, mənə sahib çıxsınlar, müalicə üçün xaricə göndərsinlər

Hərbi xidmətini Tərtərdə, N saylı hərbi hissədə yerinə yetirən, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına yaralanan Quluzadə Rüstəm yardım üçün müraciət edib.

İnterAz xəbər verir ki, sözügedən şəxs 1998-ci ildə Gədəbəy rayonunda, fəhlə ailəsində anadan olub. 2015-ci ildə hərbi xidmətə yollanıb və daha sonra Tərtərə göndərilib. Fevral ayında, gecə saatlarında düşmən təxribatının qarşısını alarkən qolundan və ürəyinin üstündən yaralanıb.

Yaralı şəkildə Naftalana göndərilən Rüstəm, fevralın 26- da Bakıya Hərbi Hospitala göndərilib və 9 aydır ki, reabilitasiya şöbəsində müalicə alır. İndiyə qədər 6 əməliyyat keçirib, sərbəst şəkildə ayağa qalxmasa da, iki əli demək olar ki, tamamilə işləmir. Hərbi xidmət müddəti yanvar ayında bitən Rüstəm mülki şəxs kimi bu xəstəxanadan xaric olacağını və müalicə almağa maddi imkanı olmaycağını söyləyir.

"Mənim 20 yaşım var. Hələ bütün həyatım, gələcəyim qarşıdadır. Mən indidən əllərimin ikisini də işlədə bilməsəm, gələcək həyatım necə olacaq. Ailəmin tək oğlan övladıyam, atam yaşlıdır, fəhlədir, məni müalicə etdirməyə imkanı yoxdur. Mən vətənim üçün iki qolumdan olmuşam, ancaq vətənim indi mənə sahib çıxmalıdır. Burda müalicəm yoxdur, sağalmağım imkansızdır. Həkimlər məni sadəcə yanvar ayına kimi müalicə edəcəklər.

Yaralı şəkildə xəstəxanaya gətirilməyimdən 9 ay ötür, ancaq heç kəs mənimlə maraqlanmır ki, ölmüsən, ya sağsan. Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər, müalicəm burda yoxdur, mənə sahib çıxsınlar, müalicə üçün xaricə göndərsinlər”.

Rüstəmin anası Quliyeva Şamama deyir ki, oğlumun sadəcə kiməsə möhtac olmasını istəmirəm. "Bir stəkan suyu içmək üçün kiməsə ehtiyacı olmasın, kiminsə onun paltarını dəyişdirməsini gözlməsin, mənim balama yardım etsinlər, tək istəyim budur”, – dedi.

Rüstəm Quliyevin videomüraciətini sizə təqdim edirik:

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol