Ruslar Qarabağda küçə döyüşlərinə hazırlaşır

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərləri ilk dəfə olaraq yay təlimlərində şəhərdə küçə döyüşləri təlimləri keçiblər.
İstiPress-in məlumatına görə, bu barədə "Sputnik Armeniya” portalı Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən bildirir.
Cənub hərbi dairəsinin məlumatında bildirilir ki, təlimlər dəniz səviyyəsindən 1,5 və 2,5 min metr yüksəklikdə olan "Kəmxud" və "Alagöz" poliqonlarında müxtəlif ballistik əlavələrdən istifadə etməklə aparılıb. "Təlimlərin 50%-indən çoxu gecənin qaranlıq saatlarında və mürəkkəb iqlim şəraitində keçirilib", - deyə məlumatda bildirilir.
Sirr deyil ki, 102-ci hərbi bazanın əsgərləri məhz Qarabağda "şəhər döyüş"lərinə hazırlaşırlar. Dağlıq Qarabağ döyüşlərinin təcrübəsi göstərir ki, ermənilər döyüşü uduzanda dövrəyə Rusiyanın elit desant birlikləri qoşulurlar. Məsələn, 1992-ci ilin avqustunda könüllülərdən ibarət Azərbaycan ordusunu Sərsəng su anbarından Çeçenistanda döyüşən Pskov desantçıları çıxarmışdı, həmin döyüşlərdə 500-ə yaxın Azərbaycan əsgəri şəhid olmuşdu. Bunu tanınmış rus jurnalist də hadisənin canlı şahidi kimi lentə alıb.
Putin Qarabağı istəyən Ərdoğanı əliboş qaytarmayacaq
Aprel döyüşlərində də Azərbaycan ordusunu Rusiya desantları dayandırdı. Bu sətirlərin müəllifinə Novosibirskdən həmin günlərdə zəng etmiş valideynlər övladlarının Çitadan desant kimi Şuşaya aparıldıqlarını bildirirdilər. Rusiya KİV-lərinin Qarabağdan çəkdikləri videomateriallarda da ön cəbhədə rus desantları görmək olurdu. Qarşı tərəf həmin günlər Şuşada və Xankəndidə küçə döyüşlərinə hazırlaşırdı, Ermənistandan onlarla tank gətirilərək Xankəndinin küçələrində mövqe tutmuşdu.
Erməni politoloq Manvel Sarkisyanın "Lragir"ə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı Qarabağ üzrə danışıqlardan da uzaqlaşdırmaq üzrədir. Onun fikrincə, bunu Türkiyə, Rusiya və Azərbaycanın münasibətlərində də görmək olar:
"Bir vaxt Qarabağı danışıqlardan uzaqlaşdırdılar, indi də Ermənistanın uzaqlaşdırılmasına çalışırlar. Hətta Azərbaycandan Rusiyanın bu və ya başqa şərtləri barədə yayılan söhbətlərdə belə Qarabağın və Ermənistanın adı keçmir. Başqa məsələdir ki, özün öz hüquqlarını könüllü şəkildə verirsən, xam xəyal kimi mənfəətə ümid edirsən və əli boş qalırsan. Məsələləri artıq səndən soruşmadan həll edirlər. Ermənistanın mövqeyi artıq onları maraqlandırmır”,- deyə Manvel Sarkisyan bildirib.
Əslində, Manvel Sarkisyanın dedikləri Ermənistanın xarici siyasətində özünü açıq göstərir. Təsadüfi deyil ki, bu ölkənin xarici siyasətinə Rusiya vətəndaşı Edvard Nalbandyan rəhbərlik edir və o, bu vəzifəyə Rusiya xarici işlər naziri Sergey Lavrovun istəyi ilə təyin edilib. Son bir neçə ayda Nalbandyanın bəyanatları ilə Sarkisyanın komandasından səslənən digər bəyanatları tutuşdurduqda Ermənistan xarici işlər nazirinin Moskvanın göstərişləri ilə hərəkət etdiyini görmək mümkündür.
Məsələn, təxminən 2 ay öncə Edvard Nalbandyan diaspora təmsilçiləri ilə görüşü zamanı Dağlıq Qarabağ Ətrafındakı bəzi rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının mümkünlüyünü bildirmişdi, Serj Sarkisyan isə bununla bağlı ciddi bir açıqlama verə bilməmişdi. Çünki Moskva Qarabağla bağlı nəzərdə tutduqlarını onunla müzakirə etmir.
İstiPress
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























