• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan bəzi rayonıları Qarabağla dəyişdiriləcək

Ermənistan bəzi rayonıları Qarabağla dəyişdiriləcək
29.05.2020 01:18
Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin Türkiyə ilə bütün əlaqələrin bərpa olunması barədə dedikləri erməni mətbuatını Qarabağ məsələsində şübhəyə salıb.

İstiPress-in məlumatına görə, bəzi erməni KİV-ləri düşünür ki, rəsmi açıqlanmasa da, iki lider arasında Qarabağ məsələsində anlaşma olub və Ermənistan qanunvericiliyinə hətta bununla bağlı dəyişiklər edilir. Erməni KİV-ləri bu fikirdədirlər ki, Dağlıq Qarabağın əvəzinə Azərbaycana Ermənistandan müəyyən rayonlar da verilə bilər.

Bu məsələyə məqalə həsr etmiş "1in.am” saytı qeyd edir: "Bu gün Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan görüşür. Bu görüş, faktiki olaraq, Putin-Ərdoğan görüşündən sonra gəlir… Serj Sarkisyanın Moskvaya səfərindən və Putinlə görüşündən isə əvvəldir”.

Yəni məqalədə vurğulanır ki, Ərdoğanla Putin arasında müəyyən razılaşma olub və bu barədə həmsədrlərə məlumat verilib. Bundan sonra Nalbandayan bu barədə Sarkisyanla danışacaq, o isə öz növbəsində fikirlərini Vladimir Putinə bildirəcək.

"1in.am” daha əvvəl yazdığı başqa məqalədə Ermənistanın  2001-ci ildə qəbul etdiyi referendum haqqında qanuna dəyişiklik edilməsini də bununla bağlayır. Həmin qanuna daxil edilən dəyişikliyə görə, Ermənistanın ərazisi yalnız referendum yolu ilə dəyişdirilə bilər. Məqalədə bildirilir ki, əvvəlki redaksiyada Ermənistan ərazisi toxunulmaz sayılırdı, yeni redaksiyada isə xalqın əli ilə bu, mümkün sayılır. Yəni məqalə müəllifləri düşünürlər ki, Dağlıq Qarabağ və Laçın dəhlizi  əvəzinə Azərbaycana Göyçədən, Azərbaycanla sərhəd olan Meğri, Berd, İcevan və Noemberyan rayonlarından boş qalmış sərhəd kəndlərini verə bilərlər ki, bu da həm Azərbaycanı, həm də Qarabağ klanını qane edə bilər. Bu variantda Azərbaycan Naxçıvana ərazi bağlantısı da əldə edə bilər. 

Qeyd edək ki, bu variant 1990-cı illərdə Amerika siyasətçisi Pol Qobl tərəfindən irəli sürülmüşdü və Ermənistan rəhbərliyi də bununla razı idi. Lakin məsələyə İran qarışdı və İran parlamentinin iki erməni deputatı İrəvana gələrək buna razılıq verməməyə çağırdı. Onlar  İranla Ermənistanın sərhədlərinin olmasının vacib sayırdılar.

Bu məsələyə ABŞ demokratlarının da mane olduğu vurğulanır. O vaxt ABŞ-ın Moskvada səfiri olmuş Viktoriya Nuland da İrəvana gələrək bunun əleyhinə fəal təbliğat aparmışdı. Demokrat Partiyasının üzvü olan Nuland faktiki olaraq hakimiyyətdə olan və bu təklifi irəli sürən Respublikaçılar Partiyasına mane olmuşdu.

Erməni KİV-ləri Ərdoğanla Putin arasında müəyyən razılaşma olmasını yetərincə real sayırlar, hətta Ermənistanın "168 jam” qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da bununla bağlı Bakıya gəldiyini iddia edir.

Təbii ki, bütün bunlar ehtimallardır, amma istənilən halda Azərbaycan bu versiyalara hazır olmalıdır. Təbii ki, Azərbaycanı qane edən ən əlverişli variant Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarıni heç bir şərt qoymadan tərk etməsidir. Yəni 1988-ci ildən əvvəlki vəziyyətə qayıtmaqdır. Əgər Ermənistan ərazi mübadiləsi istəyirsə, Azərbaycana almaq istədiyindən xeyli artıq ərazi təklif etməlidir. Bir də Azərbaycanın ruhunun ürəyi olan Şuşa bu cür mübadilədən kənar tutulmalıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol