• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”

Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”
16.11.2017 14:16
"Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşü zamanı deyib.
 
"Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, bu gün idman Azərbaycanın müxtəlif yerlərində artıq kütləvi xarakter alıb: "Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir. Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilib və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol