• $
  • €
  • ₽
  • ₺
  • £

“7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil”

“7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil”
16.11.2017 23:52
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son görüşündən sonra Qarabağ münaqişəsinin həllinə dair yeni ehtimallar yaranıb.

Rusiyalı politoloq Qriqori Trofimçuk Yenicag.ru-ya müsahibəsində münaqişənin nizamlanması prosesində yaranmış vəziyyəti dəyərləndirib.

– Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti necə qiymətləndirirsiz? Proses nə ilə nəticələnəcək?

– Türkiyə Azərbaycanın əsas müttəfiqidir və Ərdoğan Putinlə görüşündə Qarabağ məsələsini xatırlatmaya bilməz. O da bilir ki, Bakıda bu məsələni səbirsizliklə gözləyirlər. Ancaq bu mövzu Türkiyənin gündəliyində birinci yox, yaxşı halda beşinci yerdədir. Putin-Ərdoğan danışıqlarının əsas mövzusu Suriya böhranı və bu məsələnin nizamlanması üçün atılacaq növbəti addımlar, o cümlədən, kürdlər, daxili nizam, Suriya xalqlarının konqresi və s. məsələlərdir. Hələ Türkiyə-ABŞ münasibətlərindəki problemlərdən danışmırıq. Bu halda Qarabağ münaqişəsinin diqqət mərkəzinə düşməsi hələlik, gözlənilmir. Türkiyə özünün problemləri kəskinləşənə qədər Qarabağ münaqişəsinin həlli ilə formal yox, real rejimdə məşğul olurdu. Məsələn, Türkiyənin "Qafqaz platforması” üzrə layihələri də o zaman yaranmışdı.

– Sergey Lavrovun əvvəl Bakıya, daha sonra isə İrəvəna gözlənilən səfəri zamanı Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Münaqişənin həllinə yönəlik yeni planlar varmı?

– Lavrov tərəfləri incitməmək üçün belə bir ikili səfər edəcək. Əslində isə onun səfərinin məqsədi Rusiyanın Azərbaycan və Ermənistanla diplomatik münasibətlər qurmasının yubiley ildönümü ilə əlaqədardır.

Təbii ki, Lavrovun səfəri zamanı Qarabağ münaqişəsi də müzakirə olunacaq, ancaq "Lavrov planı” tipli sensasiya olmayacaq.

Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana müharibəsiz ötürülməsi 2016-cı ildə atəşkəsin pozulmasına qədər mümkün idi. İndiki halda isə bu, praktik olaraq imkansızdır. O zaman Ermənistan Qərbə doğru kəskin dönüş edəcək və ölkədə daxili siyasi vəziyyət kəskinləşəcək.

Ona görə də "100 il əvvəlkilərdən fərqlənən” hər hansı yeni həll planı yoxdur. Azərbaycanlıları artıq inandırmaq mümkün deyil ki, münaqişənin "açar”ı Rusiyanın əlində deyil. Əgər onlara belə rahatdırsa, qoy belə də düşünsünlər. Bu yanaşma Rusiyanı daha da "şişirdərək” güclü göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol