Rusiyadan etiraf: Azərbaycan regionda ən güclü orduya sahibdir

Cənubi Qafqaz regionunda ən güclü ordu Azərbaycana məxsusdur.
İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın tanınmış hərbi eksperti, "Arsenal oteçestva” jurnalının redaktoru Aleksey Leonkov "Svobodnaya Pressa" portalına müsahibəsində ABŞ tərəfindən Gürcüstana tank əleyhinə "Javelin” raket komplekslərinin satılmasını şərh elərkən bildirib.
Rusiya hərbi ekspert dairələrində bu Cənubi Qafqazda hərbi balansın pozulması ilə bağlı müzakirələrə səbəb olub. Amma Aleksey Leonkov bu satınalmalardan sonra belə ümumi fonda yenə Gürcüstanın zəif göründüyünü bildirir.
Onun sözlərinə görə, Gürcüstan Qarabağa görə müharibə edən Azərbaycanın və Ermənistanın qonşusudur. "Ermənistan KTMT sazişi üzrə Rusiyanın müttəfiqidir. Orada Rusiyanın iki hərbi bazası var və rus hərbçilər xidmət edir. İrəvan Rusiyadan yetərincə çağdaş komplekslər alır. Amma güclərin nisbətinə – silahların sayına və miqlarına görə hazırda regionda ən güclü ordu Azərbaycana məxsusdur”, - deyə Aleksey Leonkov bildirib.
Pentaqon Ermənistana da silahlar satır. Məsələn, bu yaxınlarda Ermənistan ordusu ABŞ-dan çağdaş gecə müşahidə cihazları alaraq Qarabağda cəbhə xəttinə yerləşdirib. Erməni general Arkadi Ter-Tadevosyanın dediyinə görə, həmin cihazlar 20-25 kilometr dərinlikdə Azərbaycan ordusunun hərəkətini müşahidə etməyə imkan verir.
Demokratlar Partiyasının nümayəndəsi, 1990-cı illərin əvvəllərində Moskvada işləmiş Viktoriya Nuland isə 1990-cı illərin əvvəllərində Qarabağ məsələsinin həlli ilə bağlı Pol Qobl planının gerçəkləşdirilməsinə mane oldu. Həmin plana görə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın nəzartində olmayan ərazilərinin əvəzinə Azərbaycana Meğri rayonunu verməli idi. Bu zaman Azərbaycanın ərazi itkiləri cüzi olacaqdı, çünki həmin vaxt Laçın və Şuşa Azərbaycanın nəzarətində idi, əvəzində isə Naxçıvana və Türkiyəyə quru əlaqə yaranacaqdı. Nuland bunun qarşısını almaq üçün məxsusi olaraq İrəvana gəldi və erməniləri bunu etməməyə çağırdı. Sonrası isə məlumdur.
İndi Amerikada Respublikaçılara hakimiyyətə gəlib və bu partiya ənənvi olaraq Azərbaycana daha obyektiv və səmimi münasibət göstərir. Məhz bu partiyanın nümayəndəsi Corc Buş 2001-ci ildə prezident kimi fəaliyyətə başlayan kimi Konqerssə məktub yazaraq Azərbaycan ərazilərinin hansısa erməni silahlı birləşmələri tərəfindən yox, Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirdi. Bu, Ermənistanın işğalçı olduğunu göstərə ilk beynəlxalq sənəd idi. Buna qədər erməni lobbisi ərazilərin Dağlıq Qarabağa məxsus erməni birləşmələri tərəfindən işğal edildiyini iddia edərək məsələyə milli azadlıq donu geyindirməyə çalışırdılar.
Azərbaycan Respublikçıların hakimiyyətə gəlməsindən yararlanaraq 907-ci düzəlişin qüvvədən salınmasına nail olmalıdır. Bu, Azərbaycana işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsində böyük dəstək ola bilər.
Çingiz Rüstəmov
İstiPress
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























