• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparıb

Hikmət Hacıyev: Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparıb
24.11.2017 10:44
"Ermənistan gücdən istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb”. 

Anews.az-ın məlumatına əsasən, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Portqaliyanın "Diario de noticias Mundo” adlı portalında "Ermənistan dünyada yeganə monoetnik dövlətdir” başlıqlı müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğuna görə mütəmadi olaraq atəşkəs pozulur və insan tələfatına səbəb olur. Ona görə də ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. 

"Əgər Dağlıq Qarabağ da danışıqlar masasına otursa, bu problemin həlli daha asan olmazmı” sualına cavabında isə Hikmət Hacıyev ilk növbədə işğal faktına son qoyulmalı olduğunu və Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasının mütləqliyini deyib. 

"Öncə Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Hansı ölkə razılaşar ki, onun ərazisi güc yolu ilə digər dövlət tərəfindən işğal olunsun? BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Azərbaycanın Dağlıq Qarabağın erməni icması ilə dialoq problemi yoxdur, amma bunun baş verməsi üçün işğala son qoyulmalı, məcbur köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının da öz torpaqlarına qayıtması təmin olunmalıdır", - deyə XİN rəsmisi bildirib.

"Ehtimal varmı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın?” sualına isə qəti və birmənalı olaraq "yox” cavabı verilib.

"Beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar XXI əsrdə yolverilməzdir.  Ermənistan digər ölkənin ərazisini işğal edib, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və ondan sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir? Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağın öz sərhədləri daxilində yüksək muxtariyyət statusuna baxa bilər”, - deyə H.Hacıyev vurğulayıb.

"Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına cavab XİN sözçüsü bildirib: "Məsləhət görərdim ki, Ermənistanda yalnız orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Elə 300 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır”.

Jurnalistin Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalı ilə bağlı sualına da Azərbaycanın XİN sözçüsü münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini bildirib. Bununla bərabər, o əlavə edib ki, bütün dünya dövlətləri kimi Azərbaycanın da özünü müdafiə etmək hüququ vardır. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol