• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Avropa İttifaqına inteqrasıyası əhalinin rifahına xidmət edir

Azərbaycanın Avropa İttifaqına inteqrasıyası əhalinin rifahına xidmət edir
28.05.2020 20:48
24 noyabr 2017-ci il tarixində Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.


Avropa İttifaqının üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək,  Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər.
Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək.  


Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir:
1. Daha güclü iqtisadiyyat: İqtisadi inkişaf və bazar imkanları;
2. Daha güclü idarəçilik: İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik;
3. Daha yaxşı əlaqələr: Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi;
4. Daha güclü cəmiyyət: Mobillik və insanlar arasında əlaqələr.


Avropa Parlamentinin Litvadan olan üzvü  Layma Andrikene Avropa Parlamentindəki çıxışında Avropa Briliyi və altı Şərq Tərəfdaş ölkəsini bir araya gətirən sayca beşinci Şərq Tərəfdaşlıq  sammiti haqqında danışarkən bunları deyib:


 "Brüsseldəki sammit perspektivli olmalıdır və bizim Şərq Tərəfdaşlığın gələcəyi üçün aydın siyasi perspektivləri müəyyən  etməkdə yeni təkan verməlidir.Differensiyasiya vacibdir. İmkanlarımız məhdud olduğu üçün ‘çox üçün çox, az üçün az’ prinsipi tədbiq olunmalıdır. Biz imkanlarımızı daha çox  Avropaya inteqrasiya yolu istiqamətində əhəmiyyətli irəlləyiş əldə edən ölkələrə yönəltməliyik”- deyə L. Andrikene bildirib.


Xanım Layma Anrikene əlavə edib ki, yarandığı vaxtdan Şərq Tərəfdaşlıq proqramı altı ölkədə islahat səylərinin həyata keçirilməsi və Avropa İttifaqı ilə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində qarşısında qoyduğu hədəfə hələ tam çatmayıb. "Beşinci sammit bu prosesə yeni nəfəs gətirəcək”-dəyə xanım Andrikene əlavə edib.


Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin bildirib ki "Avropa İttifaqı haqqında müqavilənin 8-ci Maddəsinin məqsədlərinə çatmaq üçün Şərq Tərəfdaşlıq sammiti yeni yollar axtarmalıdır. (8-ci maddə Yaxşı qonşuluq əlaqələrinin qurulması məqsədilə Aİ-nın qonşu ölkələrlə münasibətlərinin inkişafından bəhs edir-qeyd )Şərq Tərəfdaşlıq ölkələrinin islahatlara hazır olmalarını artırmaq üçün, Avropa Birliyi tələbləri əvvəlkindən daha aydın  işləyib hazırlamalıdır, bunlar daha konkret və nəticə yönümlü olmalıdır, tərəfdaş ölkələrdə vətəndaş cəmiyyətinə daha yaxşı dəstək göstərilməlidir və xüsusən "çox üçün çox, az üçün az” prinsipi daha ardıcıl olaraq  tətbiq olunmalıdır.Bu əsas müddəalar sammit üçün hazırlanan tövsiyyələrdə öz əksini tapmışdır"


Vətəndaş cəmiyyəti təşkilatlarının geniş dairəsi ilə yaxşı təşkil olunmuş əməkdaşlıq gender bərabərliyi və qeyri-diskriminasiya sahələrində irəliləyişə səbəb olur. Bundan başqa, bütün sahələrdə daha aydın və xüsusi strateji kommunikasiya həyata keçirilir.  
Avropa Şurasının  Avropa İttifaqı ilə altı Şərq Tərəfdaş ölkəsində həyata keçirdikləri birgə layihələrin nəticələrini açıqlanıb.
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq təşəbbüsü altında həyata keçirilən layihələr insan hüquqlarının qorunması, demokratik idarəçiliyin və qanunun aliliyin təşviqi kimi mövzuları əhatə edib. 


Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ümumi büdçəsi 33.8 milyon avro olub. 2015-2017-ci illərdə icra edilən layihələr  Aİ və Avrova Şurası tərəfindən birgə maliyyələşib. Azərbaycanda icra edilən dörd layihənin ümumi büdcəsi 4.9 milyon avro təşkil edib. Bunlar ölkədə media və ifadə azadlığının vəziyyətinin yaxşılaşdırılması,idarəçilikdə korrupsiya ilə mübarizə potensialının gücləndirilməsi,Ədliyyə Akademiyasının rolunun və potensialının yüksəldilməsi,hakimlərə təlimlərin keçilməsi və məhkəmə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına hədəflənib. 


Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın hüquqi əsası 1996-cı il 22 aprel tarixində imzalanmış  Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) təşkil edir. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi vaxtdan Avropa İttifaqı Azərbaycanda 580 milyon avro dəyərində layihə həyata keçirib.50-yə yaxın "Twinning” layihəsi həyata keçirilib. Bunlar iqtisadiyyat, ticarət, demokratiya, insan hüquqları,qanunun aliliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və bir çox başqa sahələri əhatə edir.   
 
"Əziz dostlar düz bir aydan sonra Brüsseldə Şərq Tərəfdaşlığı sammitimiz baş tutacaq.Lakin sammitin sizin Tallindəki görüşlərinizdən başladığını da deyə bilərik. Çünki Şərq Tərəfdaşlarımızla gördüyümüz bütün işlər sizin və bizim ölkələrin insanları üçün görülür. Çünki siz insanların ehtiyacları və arzularını başqalarından daha yaxşı bilirsiniz”.

Həqiqətən bütün bu işlər Şərq Tərəfdaş ölkələrinin insanları üçün görülür. Çünkü nəticə etibarı ilə əhalinin rifah halının yaxşılaşdırılmasına və cəmiyyətin inkişafına hesablanan bu layihələr həm də Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasında mühüm töhfə hesab olunur.

Bir çoxları Şərq Tərəfdaşlığı proqramını yanlış anlayaraq bunu  geosiyasət və ya təsir dairələrini müəyyənləşdirmək üçün yarandığını qeyd edir.Əslində isə xanım Federika Moqerininin dediyi kimi bu təşəbbüs vətəndaşlarımızın həyatına real müsbət dəyişikliklər gətirmək üçündür.


Vüsal Əzizov







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol