Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində saziş imzaladı

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq barədə saziş müzakirə edilib.
Bu barədə AzVision.az "TASS”-a istinadən xəbər verir.
"Nikolay Patruşev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə ediblər və özündə informasiya mübadiləsini və iki ölkənin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət idarələrinin ekspertləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar", - məlumatda deyilir.
Qeyd edək ki, Ramiz Mehdiyev MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci illik görüşündə iştirak etmək üçün Moskvada səfərdədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























