Sərkisyandan Brüssel hiyləsi

Ermənistan Prezidenti Serj Sərkisyanın Brüsseldə Şərq Tərəfdaşlığı sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışdan imtina etməsi onun növbəti hiyləsidir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan prezidentinin Brüsseldə Şərq Tərəfdaşlığı sammitində Dağlıq Qarabağ məsələsi haqda çıxış etməməsinə münasibət bildirən ermənişünas İsmayıl Tanrıverdi qeyd edib.
"Sərkisyan Dağlıq Qarabağ münaqişəsi barədə danışmağı əslən amerikalı olan İrs Partiyasının rəhbəri Raffi Ovanisyana həvalə etdi. Halbuki onlar İrəvanda yola getmirlər, itlə-pişik kimidirlər. Görünür, bu, Sərkisyanın növbəti hiylələrindən biridir. Hesab edirəm ki, Sərkisyan Raffinin ingiliscə daha yaxşı uydurmalar edəcəyini güman edərək bu addımı atıb”, - ekspert bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























