• $
  • €
  • ₽
  • ₺
  • £

"Qaçqınkom" sədrinin nəvəsinin gecə klubunda keçən "əsgərliyi"...

"Qaçqınkom" sədrinin nəvəsinin gecə klubunda keçən "əsgərliyi"...
25.11.2017 23:08
Hərbi xidmətdə olmuş istənilən Azərbaycan kişisindən əsgərlik xatirələrini soruşsan, sənə komandirinin adından tutmuş, əsgər yoldaşları ilə bağlı xatirələrinə kimi danışar.

Lap o vaxtdan 20-30 il keçsə də…

Amma nədənsə, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əsgərlikdə olduğunu "unudub”. Təsəvvür edirsiniz?

Bakıda "Gelandawagen”lə dəhşətli qəza törədən, iki nəfərin ölümünə səbəb olan məmur nəvəsi məhkəmədə anket məlumatlarını dəqiqləşdirən zaman  açıqlayıb ki, əyninə əsgər forması geyinib, hərbi xidmətə yollanmayıb.

Bunu ötən gün məhkəmədə iştirak edən jurnalistlər də eşidiblər və çalışdıqları mətbu orqanlarda da yayımlayıblar.

Ancaq bu gün məlum oldu ki, sən demə, Nail Allahverdiyev  DTX-nin N saylı hərbi hissəsində xidmətdə olub və 1 il bundan öncə tərxis edilib.
Əsgərlikdə olan hər kəs vətənə borcunu yerinə yetirdiyi üçün fəxr edir. Geriyə xatirələr qalsın deyə, imkan olduqca bolluca hərbi formada şəkillər də çəkdirir, bunu hətta sosial şəbəkədə də paylaşır. Amma mən Nailin istər "facebook”, istərsə də "instagram” hesabında bir dənə də olsa hərbi formada şəkilinə rast gəlmədim.

Bir il əvvəl hərbidə olduğu deyilən Nail, həmin müddətdə sosial şəbəkədə sadəcə, lüks həyatını əks etdirən fotoları paylaşıb. Zatən biz onun Murovda, ön cəbhədə də xidmət edəcəyini gözləmirdik. Babası "Qaçqınkom” sədri olan nəvənin də "əsgərliyi” "Gelandawagen”lərdə, gecə klublarında keçməliydi.
Məncə, xəbər yayılmalıydı ki, Nail qəzadan sonra yaddaşını itirib. Və buna görə də məhkəmədə əsgərlikdə olduğunu xatırlamayıb. Fikrimcə, bu, daha inandırıcı olardı.

Hə, Nail ötən gün məhkəmədə daha bir yalan danışaraq, işləmədiyini deyib. Bəs, girişi məcburi köçkünə verilən aylıq 36 manat müavinət dəyərində olan "Soho” gecə klubu kimindir? Bəlkə oranın qazancı məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa xərclənirdi, xəbərimiz yoxdu?

Deyirəm də… "Nail yaddaşını itirib” məlumatı yayılmalıydı…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol