• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərovun oğlu: "Atamın qayıdışına lap az qalıb"

Dilqəm Əsgərovun oğlu: "Atamın qayıdışına lap az qalıb"
26.11.2017 16:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağda saxlanılan şəxslərlə görüşüblər.
 
Bu barədə modern.az-a məlumat verən BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, noyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub:


"Şəxslərin saxlanma şəraiti, onlarla rəftar monitorinq edilib. Onlara ailələrindən məlumatlar çatdırılıb, həmçinin ailələrinə çatdırılması üçün onlardan məlumatlar götürülüb”.
 
Şahbaz Quliyev ailəsinə yazdığı məktubda hər şeyin normal olduğunu bildirib. Həmçinin, ailə üzvlərinə ondan nigaran qalmamalarını tövsiyə edib.
 
Digər həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da modern.az-a atasından məlumat aldığını bildirib:


"Atam sonuncu məktubunu noyabrın 1-də yazıb. Hər şeyin yaxşı olduğunu deyir”.
 
D.Əsgərov və Şahbaz Quliyevin bir-birilə təmaslarına gəlincə, K.Əsgərov atasının həbsxanada tək saxlanıldığını bildirir:


"Atam kişidir. Kişi kimi yaşayıb, kişi kimi də yaşayır, orada da kişi kimi tək qalır”.
 
4 ilə yaxındır Qızıl Xaç Komitəsindən məlumat aldıqdan sonra mütəmadi açıqlamalar verən və həmişə ümidsiz olan K.Əsgərov ilk dəfə olaraq, bu qədər inamlı danışır:


"Atamın qayıdışına lap az qalıb. Son 1 il 6 ay. Mən ali baş komandanımız, cənab İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovagüvənirəm. Atam qayıtdıqdan sonra bilinməyən çox şeyləri öyərənəcəksiniz. O zaman hər şeyi daha yaxşı anlayacaq hər kəs. Hər şeyin vaxtı var. İndi üçün yalnız onu deyə bilərəm ki, Dilqəm Əsgərov orada təklənib, kişi kimi tək mübarizə aparır”.
 
K.Əsgərov hazırda dövlət səviyyəsində işlərin sürətləndiyini vurğulayıb:


"Cənab prezidentin sayəsində mən atama qovuşacağıma inanıram. Dilqəm Əsgərov qayıtdıqdan sonra sizə qaranlıq qalan sualları özündən soruşarsınız. Atam demiş "Allah Kərimdir”. Güclü liderimiz sayəsində o günlər yaxındadır”.
 
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.


İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol