• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin növbəti təxribatının qarşısı alınıb

Ermənilərin növbəti təxribatının qarşısı alınıb
27.11.2017 16:38
Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb.

Latviya Milli Kitabxanasında (LMK) "Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr – XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib.

Azərbaycanın Latviyadakı səfirliyi faktla bağlı təxirəsalınmaz tədbirlər görüb, Latviya Xarici İşlər Nazirliyinə (XİN), LMK-nın rəhbərliyinə nota göndərib, habelə Latviya XİN-də görüş keçirib. Hər iki müraciətdə ermənilərin regionun tarixi ilə bağlı saxtakarlıq fəaliyyəti, NATO, BMT, ATƏT PA, Aİ, İƏT kimi beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaları, çoxsaylı qərar və qətnamələrin, məsələn, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edilməsi barədə ətraflı informasiya təqdim olunub. Latviyadakı "Ocaq” təşkilatı tərəfindən də beynəlxalq hüquq normalarını pozan belə bir xəritənin nümayiş etdirilməsinin yolverilməzliyi barədə məktub göndərilib.

Latviya Milli Kitabxanasının direktoru Andris Vilks cavab məktubunda təəssüf hissi ilə üzrxahlıq edərək bildirib ki, LMK mədəniyyət ocağı kimi əməkdaşlıq məqsədi daşıyan müxtəlif ideyalara həmişə açıqdır. Kitabxananın rəhbərliyi tərəfdaşlarına etibar etdiyi üçün sərginin məzmununun beynəlxalq hüquq normalarını poza biləcəyindən xəbərsiz olub.

Beləliklə, qondarma respublikanın ərazisini təsvir edən 2015-ci ilin xəritəsi ekspozisiyadan çıxarılıb. Bundan sonra sərgi fəaliyyətini dayandırıb. (AzərTAc)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol