• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusunun erməniləri şoka salan hücumu

Azərbaycan ordusunun erməniləri şoka salan hücumu
29.05.2020 03:57
14 erməni bölüyü məhv edildi, bir Azərbaycan əsgəri də ölmədi

Azərbaycan ordusu cəbhənin istənilən istiqamətində Ermənistan ordusunun müdafiəsini yara bilər.

İstiPress-in məlumatına görə, bu barədə erməni şərhçi Tevos Arşakyan "ArmenianReport”dabu gün yazdığı məqaləsində bildirib.

"Ümumiyyətlə, bunu hətta mühasirəni yarmaq adlandırmaq olmaz, bu, düşmən (Azərbaycan - red.) ordusunun korrupsiyanın əlində məhv olan bir ordunun arxasında təhlükəsiz gəzintisi olacaq”,- deyə Arşakyan vurğulayıb.

O, fikrini əsaslandırmaq üçün aprel döyüşlərində Ermənistanın uğradığı ciddi məğlubiyyəti misal kimi göstərir və Ermənistan kəşfiyyat-diversiya birləşmələrinin banisi və ilk komandiri Vladimir Vardanovun verdiyi açıqlamalara istinad edir. Rusiyanın Moskva şəhərində 2016-cı il oktyabrın 14-ə çıxış edən Vartanov aprel döyüşləri barədə Rusiya və erməni telekanalları vasitəsi ilə yayılan məlumatların gerçəklikdən xeyli fərqləndiyini bildirib.

"Bizim generallar keçən müharibədə türklərə (azərbaycanlılara -  red.) qələbə çaldılar düşünürlər ki, yenə qələbə çalarıq. Amma türklərin inkişaf etdiyini görmürlər”. Qeyd edək ki, erməni KİV-ləri xalqın arasında yayılmış qorxunu aradan qaldırmaq üçün aprel döyüşlərində erməni əsgərlərinin qəhrəmanlıqla döyüşdüyünü iddia edirlər. Amma Vova Vardanov isə, hamıdan fərqli olaraq Birinci Qarabağ müharibəsindən keçən illər ərzində Azərbaycan ordusunun ciddi şəkildə gücləndiyini göstərib:

Onun sözlərinə görə, Azərbaycanın xüsusi təyanatlıları minalanmış sahələri iki istiqamətdə təmizləyərək Ermənistan ordusunun arxasına keçiblər: "Onlar bizim ordunun arxasına keçərək, demək olar ki, 14 mövqedə müqavimət ocaqlarını məhv elədilər. Sonra onların yerini dağ atıcıları tutdular. Bu, onlarda var, amma bizdə yoxdur. Düzdür, bizimkilər  sonra onları çıxardılar, amma iki əsas sahə türklərin əlində qaldı. Mənə elə gəlir ki, türklər bütün Qarabağı götürmək üçün fəal fazaya başlayıblar”,- deyə Vladimir Vardanov bildirmişdi.

Onun fikrincə, Azərbaycan ordusu aprel ayında sadəcə böyük müharibəyə hazırlıq üçün məşq keçib, silahlarını yoxlayıb. Onun fikrincə, Azərbaycan ordusu Ermənistanın müdafiə sistemini darmadağın etməyə qadirdir.   

Məqalə müəllifi Tevos Arşakyan Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olmasını əsas günahkarının  Ermənistan prezidenti Serj Sarkisyan olduğunu bildirir: "Sarkisyan bu illər ərzində elementar şəkildə varlanmaqla məşğuldur, erməni ordusunu əvvəlcə öz döyüş yoldaşı Seyran Ohanyanın başçılıq etdiyi acgöz genarallara peşəkəş edib, indi də öz sadiq adamı Vigen Sarkisyana verib”.

Əslində, Vladimir Vardanov erməni ordusunun indiki vəziyyətini doğru şərh etsə də, Birinci Qarabağ müharibə barəsində doğru məlumat verməyib. Ermənistan ordusu onda da, indi də Azərbaycan ordusu ilə döyüşə qadir olmayıb. Sadəcə, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən vuruşan Rusiya desantları daha güclü idi. Sərsəng də, Horadiz də Azərbaycan ordusunun əks-hcümunun qarşısını məhz Rusiya desantları kəsmişdi. Məsələn, rus jurnalist Aleksandr Nevzorov Sərsəngdə Azərbaycan ordusunun 500 əsgər şəhdi verdiyi döyüşlərdə Ermənistan tərəfdən Pskov desantlarının vuruşduğunu bildirir. Pskov desantları isə Çeçenistan müharibəsində böyük təcrübə qazanmışdılar. Amma aprel döyüşlərində Qarabağa atılan rus desantları əsasən Çita kimi döyüşdən uzaq ərazilərdən gətirilmişdi. Onlar da təcrübəsiz olduqlarından erməni əsgərlərin itirdikləri strateji mövqeləri geri ala bilmədilər. 

Ola bilər məhz bu məsələ, yəni Azərbaycan ordusunun güclənməsi və Vladimir Vardanovun dediyi kimi, uzun imüddətli müharibəyə hazır olması Serj Sarkisyanı Avropa Birliyi ilə Şərq tərəfdaşlığı sazişini imzalamağa məcbur edib. Yəni Sarkisyan qorxur ki, Azərbaycan ordusunu bir qədər gücləndirsə, Rusiya Bakı tərəfindən müəyyən güzəştlər (KTMT-yə olmasa da, Avrasiya İttifaqına daxil olmaq və s.) müqabilində Qarabağ müharibəsinə müdaxilədən imtina edə bilər, Bu isə Ermənistanın Qarabağa iddialarının üstündən xətt çəkilməsi deməkdir.

Buna görə, Ermənistan Avropanın havadarlığına ümid edir. Onlar Qarabağ münaqişəsini xiristian Qərbi ilə müsəlman Şərqinin müharibəsi kimi təqdim etməyə çalışırlar. Azərbaycan məhz bu məsələyə diqqət yetirməlidir və indidən Avropanın bütün dairələrində sübut etməlidir ki, Ermənistanın apardığı siyasətin xristianlığa və Qərb dəyərlərinə heç bir dəxli yoxdur. Bu, sadəcə faşizmdir. Təsadüfi deyil ki, Serj Sarkisyan faşist ideoloqu Qaregin Ncdeni öz mənəvi atası sayır. Avropada Qarabağı Ermənistanın tərkibində görmək istəyənlər də əsasən faşistlərdir.  Azərbaycan diplomatiyası bu məqamı Avropa ictimaiyyətinin, xüsusilə də başı faşizmdən bəlalar çəkmiş Almaniyanın diqqətinə indidən çatdırmalıdır.

Çingiz Rüstəmov 
 İstiPress
   




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol