• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Qarabağda bu həftə itirdiyi mövqelər

Ermənistanın Qarabağda bu həftə itirdiyi mövqelər
29.11.2017 20:58
Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa Birliyi (AB) ilə bu həftə imzaladığı tərəfdaşlıq razılaşmanın Qarabağ məsələsində Ermənistana heç bir faydası yoxdur.

İstiPress-in araşdırmasına görə, əksər kənar ekspertlər bunun hətta Ermənistanın ziyanına işləyəcəyini proqnozlaşdırırlar - artıq Qarabağ məsələsində İrəvanın ən böyük havadarı olan Rusiya ilə aralarına inamsızlıq toxumu səpilib.

Təsadüfi deyil ki, bu məsələyə "Rosbalt”da məqalə həsr etmiş şərhçi İrina Corbenadze məqaləsinin adımı "Ermənistan özü özünə dolaq gəlir” addandırıb. Müəllifin sözlərinə görə, Ermənistanda AB ilə razılaşma total eyforiya yaradıb və ekspertlərin əksəriyyəti bu fikirdədir ki, Ermənistan "böyük oyundan qalib çıxıb”, amma əslində belə deyil.

Serj Sarkisyan hərbi məsələdə, daha doğrusu Qarabağ məsələsindən AB-nin Ermənistana elə də ciddi yardım vəd etmədiyini, əsas yardımı Rusiyadan aldıqlarını bildirib.  Yəni Rusiya Ermənistanın sərhədlərini qoruyur, güzəştli qiymətlərlə güclü silahlar verir, Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistan KTMT-nin üzvüdür ki, bu da ölkənin birbaşa Azərbaycanın hədəfi olmaqdan çıxarır. Yəni Rusiya Azərbaycana Ermənistanla yalnız Qarabağda müharibə aparmağa icazə verir. Halbuki Rusiya amili olmasa, Azərbaycan ordusu Naxçıvandan və Gədəbəydən hücum etməklə İrəvanı bir neçə saata götürə bilər və bu, Ermənistanın ermənilərin bir yığcam yaşayış yeri kimi sonunu gətirə bilər.Razılaşma Ermənistan vətənlaşları üçün iki şey – "daxili azadlıq”, yəni demokratiyanın inkişafı və Şengen zonası ölkələrinə vizasız səfər imkanı vəd edib. Düzdür, "Azadlıq” radiosunun erməni redaksiyasına müsahibə verən Serj Sarkisyan bildirib ki, Ermənistan vətəndaşları heç də dərhal razılaşmanın bəhrələrini görə bilməyəcəklər. Yəni Ermənistan rəhbərliyi özünə sərf edən səviyyədə demokratik islahatlar aparacaq, Şengen vizası ölkələri isə erməni miqrantları qəbul etmək imkanı qazandıqda vizasız səfərə icazə verəcəklər. Böyük ehtimalla bu imkan Ermənistandan miqrasiyanı bir qədər də gücləndirəcək, erməni diasporunun güclü olduğu ölkələrə - Fransaya, Polşaya, İspaniyaya köçənlər çox olacaq.

Hər şeydən danışan Sarkisyan bir şeyi deməyi lazım bilməyib - nə qədər dayaz saziş olsa da, Rusiya ictimai rəyində və ekspert dairələrində ciddi narahatlığa səbəb olub. İrina Corbenadze Ermənistanın eyni vaxtda iki və ya üç stulda birdən oturmaq istəyinin ciddi mövqe itkiləri ilə nəticələnəcəyini bildirib: "(Ermənistan) eyni vaxtda "iki ananı” əmməyə məhkum "şirin buzov” vəziyyətindədir. Bu cür güclü qidalanmadan respublika heç də böyümür. Əksinə, geo-siyasi, daxili siyasi, hərbi-texniki, energetika, iqtisadi və s. sahələrdə itirir”.

Əslində, Ermənistan üçün ehtimal edilən bu itkilər ictimai rəyin təsir altında baş verəcək. Rusiya siyasi dairələri bunu Ermənistanın Rusiyaya xəyanəti kimi qəbul edirlər. Məsələn, Sarkisyanın razılaşmanı imzalanmasından bir az sonra Rusiyanın Birinci Kanalının "Zaman göstərəcək” tok-şousunda bu məsələ müzakirə olunub. Verlişdə nümayiş edilən xəritəni şərh edən aparıcı Ermənistanın Azərbaycanla müqayisədə Rusiyaya daha düşmən ölkə olduğunu bildirib. Həmçinin, Vladimir Putinə yaxın siyasətçilərdən biri Maksim Şevçenko Ermənistanı müdafiə edən polyak millətçisi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu xüsusi intonasiya ilə vurğulayıb. 

Rusiyanın NTV telekanalının "Görüş yeri” verilişində isə aparıcı açıq mətnlə Serj Sarkisyanı özünə sevgili axtaran ərli qadına bənzədib. Verilişdə Avropa Birliyinin Moskvanın rəhbərlik etdiyi Avrasiya İttifaqına daxil olan ölkəni əməkdaşlığa cəlb etməsi Brüsselin Avrasiya İttifaqını dağıtmaq istəyi kimi qiymətləndirilib. Rusiya ictimai fikrinin bu dəyişikliyi hətta "Sputnik Armeniya” portalında yazılara qoyulan başlıqlarda da özünü göstərir. Məsələn, portalın bu günkü materialları arasında İrəvan xanının bağçasında olan üzüm sortları, Ermənistanda qədimdən yaşayan və erməni əlifbası ilə dini kitablara malik qıpçaq türkləri, ermənilərin qəb cizgi filmlərində cinayətə meylli xalq kimi təqdim olması ilə bağlı materiallar yer alır. Yəni ermənilərin nəinki Qarabağda, hətta Ermənistanda da gəlmə xalq olması sətiraltı ifadələrlə vurğulanır. 

Əslində, Azərbaycan bu əhval dəyişməsindən Qarabağ münaqişəsinin beynəlxalq hüquq - ərazi bütövlüyü və Helsinki prisnsipləri əsasında  həlli üçün istifaə etməlidir. Təbii ki, Rusiya ermənipərəst mövqeyini yumşaltsa da, Fransa bunu etməyəcək. Amma Azərbaycan Rusiyanın vasitəçiliyi ilə Fransanı münaqişənin Madrid prinsipləri əsasında həllinə razı sala bilər. Yəni Azərbaycan Erəmnistanı Dağlıq Qarabağ ətrafındakı 5 rayondan müharibə ilə çıxara bilər. Hətta erməni hərbçilər - general Arkadi Ter-Tadevosyan və tanınmış əks-kəşfiyyatçı Vladimir Vartanov bu fikirdədir ki, Rusiyanın yardımı olmadan Ermənistan ordusu həmin döyüşlərdə duruş gətirməyəcək.

Təbii ki, Azərbaycan bunu bacararsa, Ermənistanı ələ keçirmiş döyüş partiyası - Qarabağ klanı nüfuzdan düşəcək. Onların yerinə gələcək Ermənistan erməniləri isə Qarabağın Azərbaycanın tərkibində qalmasına etiraz etməyəcəklər. Ən azından öz ölkələrini də Serc Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan kimi korrupsioner ünsürlərin bir də hakimiyyətə gəlməsindən qorumuş olacaqlar.

Çingiz Rüstəmov 
 İsti Press   




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol