• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan müharibəyə hazırlaşır

Ermənistan müharibəyə hazırlaşır
29.11.2017 23:22
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb. Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.

Ermənilərin bu təlimi regionda vəziyyəti daha da ağırlaşdıra və müharibə ehtimalını birə min artıra bilər. Bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan polkovnik Həsən Əmirov "Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilərin əsas məqsədi Azərbaycanı müharibəyə çəkməkdir.

"Ermənilərin arxayın olduqları qüvvələr var. Onları dəstəkləyən lobbi var. Bizim isə məqsədimi torpaqları sülh yolu ilə qaytarmaqdır. Haqq, ədalət bizimdir. Əgər ermənilər bizim üçün çıxış yolu qoymasalar, o zaman münasibətlər müharibə yolu ilə aydınlıq gətiriləcək. Torpaqlar bizimdir və müharibə yolu ilə də olsa, ərazilərimiz mütləq geri qaytarılacaq. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycanın güclü və qüdrətli ordusu var. İstənilən vaxt torpaqlarımızı işğaqldan azad edə bilərik. Lakin ermənilərin arxasında ABŞ, Fransa, Rusiya kimi güclü dövlətlər dayanıb. Bu səbəbdən də, Azərbaycanın müharibəyə girişib, özünü pis vəziyyətə qoyması da yaxşı hal deyil. Bunun üçün əlverişli şərait lazımdır. Ali Baş Komandanın əmrinə daima hazırıq. Torpaqlarımız hansı yolla olursa-olsun mütləq qaytarılacaq”, – deyə Həsən Əmirov bildirib.

Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Eldar Namazov "Ölkə.Az”a açıqlamasında bildirib ki, ermənilər həmişə belə təxribatçı tədbirlərə əl atırlar. Onun sözlərinə görə, Azərbaycan Ordusu da öz növbəsində geniş miqyaslı tədbirlər keçirir və lazımı hazırlıqlar görür.

"Dağlıq Qarabağ münaqişəsilə bağlı gedən danışıqların heç bir nəticəsi yoxdur və bu səbəbdən də, bu bölgədə müharibə ehtimalı günü-gündən artır. Ermənilərin özləri də etiraf edirlər ki, Azərbaycan ordusu ermənilərinkindən qat-qat güclüdür. Əgər müharibə başlasa, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadirdi. Ona görə də, ermənilərin tez-tez belə təlimlər keçirtməsi daxili auditoriyaya yönəlib. Ermənistan hökuməti əhaliyə mesaj verir ki, narahat olmasınlar. Bununla belə, artıq erməni xalqı hakimiyyətə inanmır. Çünki aprel döyüşləri bu inamı tamam məhv etdi. Həmin döyüşlərdə bir daha sübut oldu ki, Azərbaycan ordusu daha güclüdür və istənilən an torpaqları azad etməyə qadirdi. Erməni cəmiyyəti gözəl anlayır ki, bizim ordu torpaqları azad etməyə qadirdi”, – deyə Eldar Namazov bildirib.

Politoloq Razi Nurullayev isə "Ölkə.Az”a açıqlamasında bildirib ki, ermənilər müharibə tərəfdarıdır. Onun sözlərinə görə, düşmən heç vaxt torpaqları xoşluqla qaytarmayacaq.

"Ermənilər torpaqları işğal edib və istənilən formada da, həmin ərazilərdən istifadə edə bilər. İstənilən halda ərazilər onların əlindədir. Ermənilər təlim keçərək güclərini nümayiş etdirirlər. Onların bu təlim keçirtməkdə əsas məqsədləri bir daha işğal etdikləri ərazilərdən heç vaxt çıxmayacaqlarını göstərməkdir. Ermənistanın bir məqsədi var. Onlar torpaqları qaytarmaq istəmir və xoşluqla da qaytarmayacaqlar. Buna cavab olaraq Azərbaycan ermənilərə müharibə mesajı verməlidir. Ermənilər hazırkı mövqeylərini qorumaq və tədricən Qarabağ məsələsinin unudulmasını istəyirlər”, – deyə Razi Nurullayev qeyd edib.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol