Sergey Lavrov: Azərbaycan və Ermənistanla bağlı heç bir şübhəmiz yoxdur

"Rusiya qonşu və dostlarının Qərbdə, Şərqdə, Şimalda və Cənubda öz tərəfdaşları ilə yaxşı əlaqələr qurmaq istədiklərinə heç vaxt şübhə etməyib”.
Turkustan.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Belarusun STV telekanalına müsahibəsində deyib.
"Rusiyanın Avropa İttifaqı ilə, təəssüf ki, bizim günahımıza görə dondurulmayan tərəfdaşlıq sazişi var. Aİ-yə daxil olan bəzi ölkələrin "Şərq tərəfdaşlığı”ndan anti-Rusiya məqsədləri üçün istifadə etmək istədiyini görürük. Onlar çox deyillər, lakin özlərini kifayət qədər aqressiv aparırlar”.
Rusiyalı nazir "Şərq tərəfdaşlığı”nda iştirak edən Azərbaycanla bağlı da fikir bildirib: "Belarus, Ermənistan və Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur. Əlbəttə ki, ukraynalı, moldovalı və gürcüstanlı həmkarlarımızın necə davrandığını görürük”.
Nazir əminliklə bildirib ki, "Şərq tərəfdaşlığı”nın Rusiyaya qarşı yönləndirilməsi mümkün olmayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























