Ermənilər Qarabağla İranın sərhədini açmaq istəyir

Qondarma "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Masis Mailyan iranlı jurnalist Salar Seyfoldinə müsahibə verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mailyan Dağlıq Qarabağla İranın sərhədinin bağlı olmasından gileylənib.
"Biz Theranın münaqişə ilə bağlı balanslaşdırılmış siyasətini alqışlayırıq. Xalqlarımız arasındakı mehriban qonşuluq münasibətlərinə baxmayaraq, İranla Dağlıq Qarabağ arasında sərhəd qapalıdır və bu təbii deyil. Sərhədlərin açılması hər iki tərəfin maraqlarına cavab verir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























