Azərbaycan və Ermənistan üz-üzə

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü olacaq. İstiPress-in məlumatına görə, Elmar Məmmədyarov ilə Edvard Nalbandyan arasında görüş Vyanada baş tutacaq.
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirakı nəzərdə tutulub. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi olacaq.
Qeyd edək ki, Vyanada ATƏT-in xarici işlər nazirləri toplantısı keçirilir. Toplantı dekabrın 8-dək davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























