Mal əti adı ilə əhaliyə at əti satılıb

Oğuz rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.
"Qafqazinfo” xəbər verir ki, dekabrın 6-da alınmış məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilib.
Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və "VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin "VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmamış və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar.
Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunub.
İlkin araşdırma nəticəsində Vüqar Ziliyev və Gündüz Qurbanov həmin atı Oğuz rayonun Filfilli kənd sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakı şəhərində satılması məqsədi ilə kəsdiklərini bildiriblər.
Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























