• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Qarabağ həllini Türkiyəyə tapşırması gözlənilir

Rusiyanın Qarabağ həllini Türkiyəyə tapşırması gözlənilir
10.12.2017 18:08
Türkiyə gözlənilməzliklərlə doludur və Qarabağ məsələsinin həlli üzrə birtərəfli təşəbbüsü Rusiyadan ala bilər.

İstiPress-in məlumatına  görə, məşhur ABŞ politoloqu Pol Qobl bu barədə İərvanda dərc olunan «168 jam» qəzetinə müsahibəsi zamanı bildirib.
Qəzetin yazdığına görə, Pol Qobl müsahibəsində vurğulayıb ki, hazırda Rusiyanın Qarabağ münaqişəsinin həllində üstnüdüyünün olması ABŞ üçün əlverişlidir, amma Türkiyə həmin üstünlüyü ələ keçirə bilər.

O, erməniləri əmin etməyə çalışıb ki, ABŞ hadisələrin bu cür inkişafına imkan yaratmayacaq: «Türkiyə indən belə də münaqişəyə müdaxilə etməyə çalışacaq. Böyük ehtimalla, bu müdaxilə aprel hadisəsi kimi hallarda, yəni toqquşmalar zamanı özünü göstərəcək. Amma danışıqlar Rusiyanın təsiri altında gedəcək və ABŞ (Türkiyənin) bu cür müdaxiləsinə imkan yaratmayacaq», - deyə Pol Qobl vurğulayıb.

Böyük ehtimalla, Vladimir Putinin və İlham Əliyevin bazar ertəsi Türkiyəyə səfər etməsi erməniləri ciddi, o cümldənə ABŞ-lı diplomatı ciddi narahat edib. Pol Qobl da səfər çərçivəsində Türkiyə, Azərbaycan və Rusiya arasında hər tərəfi qane edən anlaşma əldə edilə biləcəyini güman edir. Yəni Azərbaycan Rusiyanın istədiyi kimi Avrasiya İttifaqına və hətta KTMT-yə girə bilər, əvəzində Dağlıq Qarabağ və ətraf rayonların üzərində tam nəzarəti bərpa edə bilər.

Türkiyə Suriya məsələsində Rusiyaya güzəştə gedərək Dəməşqin ərazi üzərində tam nəzarətinə dəstək verə bilər. ABŞ-ın Qüdsü İsrailin paytaxtı saymasından sonra Türkiyə orientirlərini müəyyən qədər dəyişə bilər.  Beləliklə, Rusiya iki cəbhədə çox güclü gediş edərək ABŞ-ı həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə ciddi şəkildə məğlub edə bilər.

Görünür, elə buna görə Pol Qobl erməniləri sayıq olmağa çağırır: «Rusiya indən belə də Azərbaycanı ələ keçirməyə çalışacaq, diqqətli olmaq lazımdır», - deyə Pol Qobl bildirib. 

Bu cümlə açıq göstərir ki, Pol Qobl Qarabağın Azərbaycanın nəzarətinə qaytarılmasını istəmir. Hələ 1990-cı illərdə Şuşa və Laçın Azərbaycanın nəzarəti altında olanda, Azərbaycan ordusu artıq Xankəndinin girişində olanda Pol Qobl Azərbaycan hakimiyyətinə Dağlıq Qarbağın 4 rayonunu Meğri rayonunun bir hissəsi ilə dəyişməyi təklif etmişdi. Bu az kimi Türkiyə ilə Azərbaycanı birləşdirən quru bərzəxi Ermənistanla Azərbaycan arasında bufer zona etməyi irəli sürmüşdü. Bəhanəsi də o idi ki, İranla Ermənistan arasında əlaqələr bu yolla davam etsin. Azərbaycan həm də Laçından ermənilərə dəhliz verməli idi.
Əslində isə bu, Türkiyə və Azərbaycanı ayırmaq cəhdi,  həm də ermənilərin Dağlıq Qarabağı tam ələ keçirməsi, yəni Azərbaycanın könüllü məğlubiyyəti demək idi. Amma nədənsə bizdə Pol Qobl Azərbaycanı sevən, müsbət adam kimi qələmə verilir. Eyni yanaşma «Qarabağ» kitabını yazmış Tomas de Vaalla da bağlıdır. Tomas de Vaal Serc Sarkisyandan müsahibə götürən zaman etiraf etdiri ki, Xocalı soyqırımını ermənilər törədib ki, dinc Azərbaycan əhalisi torpaqları qoyub qaçsın. Yəni Ermənistan hakimiyyətinin beynəlxalq hüquqa görə cinayətkar  olduğunu subut edib  Amma özü də dəfələrlə 1988-ci il vəziyyətinə qayıtmağın, yəni Dağlıq Qarabağı Azərbaycanın nəzarətinə verməyin qeyri-mümkün olduğunu  iddia edib. Görünür, qərblilərə daimi münaqişə ocaqları lazımdır ki, təsir göstərə bilsinlər. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol