“The Hill”: “ABŞ Qarabağ məsələsini həll etməsə Rusiya Azərbaycanı...”

ABŞ-ın Qafqazdakı həyati əhəmiyyətli maraqları 1990-cı illərdə olduğu kimidir və dəyişməz qalır. Bu maraqlar ondan ibarətdir ki, region dövlətləri müstəqilliklərini qoruyub saxlasın, öz sərhədləri daxilində real suverenliyə malik olsun, bir-birləri ilə sülh şəraitində yaşasınlar və beynəlxalq iqtisadi bazarlar üçün açıq olsunlar.
Virtualaz.org xəbər verir ki, bu sətirlər Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blankın "The Hill” qəzetində dərc edilmiş məqaləsindəndir.
Məqalədə bildirilir ki, Rusiya Gürcüstana qarşı müharibə başlatdı, cəzasız şəkildə onun ərazi bütövlüyünə qəsd etdi. Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini "əbədiləşdirir”, bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir.
"Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur”-müəllif yazır.
Stefan Blank yazır ki, Gürcüstan Azərbaycanın sayəsində Rusiyanın energetika şantajına boyun əymədi. Lakin Azərbaycan özü də Rusiyanın Bakıdakı Əliyev administrasiyasına qarşı etnik-dini və siyasi təxribatları, habelə cənubdan İranın təhdidləri altındadır. İranla Rusiyanın Azərbaycana qarşı birgə əməkdaşlığı həmişə mümkündür.
Stefan Blanka görə Xəzərin enerji ehtiyatları Avropaya Rusiyaya alternativ baxımından mühümdür. Bundan əlavə Rusiya generalları və rəsmi şəxsləri dəfələrlə Azərbaycanın müstəqillyini və bütövlüyünü əlindən alıb onu özlərinə tabe etdirmək niyyətləri haqda danışıblar.
"Əgər biz Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsək, hansı ki, bu münaqişə yenidən aktivləşmə əlamətləri göstərir, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək və Rusiyanın Azərbaycana qarşı qəti hərbi hərəkətlərinə gətirib çıxaracaq, habelə Rusiyanın Türkiyə, Qara dəniz və Yaxın Şərqdə daha böyük təzyiqlər yaratmasına səbəb olacaq”-professor Blank yazır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























