Ermənilərin bu gün öldürdüyü 68 azərbaycanlı

Bu gün ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdiyi vəhşiliklərin və terrorun ən dəhşətlilisinin növbəti ildönümüdür.İstiPre
ss-in məlumatına görə, 11 dekabr 1988-ci ildə Ermənistanın Spitak rayonu ərazisində namərdcəsinə vurulan təyyarə qəzasının qurbanlarını anacağıq bu gün.
İl-76 təyyarəsində 9 ekipaj üzvü və 69 nəfər sərnişin olub. Onlar Azərbaycandan qonşu ölkəyə həmin ilin dekabr ayının 7-də Ermənistanın Leninakan ərazisində baş verən zəlzələdən zərər çəkənlərə yardım eləmək məqsədilə gedirdilər.
İstiPress olaraq 1988-ci ilin 11 dekabrında baş verən təyyarə qəzasında həlak olan həmvətənlərimiz barədə ətraflı araşdırma aparmağı özümüzə borc bildik. Xatırlayıram, 1888-ci ildə mən "Qusar"qəzetində müxbir işləyirdim, dekabrın 12-də redaksiyada eşitdik ki, Ermənistanda baş verən təyyarə qəzasında Azərbaycandan gedən xeyli insan tələfatı olub və ölənlərin əksəriyyəti şimal zonasındandır. Onların Ermənistanda baş verən zəlzələyə köməyə getdikləri barədə məlumatımız vardı. Bir neçə gün sonra Qusara da bir neçə dəmir tabut gətirildi və kənd qəbristanlıqlarında qəza qurbanlarına aid dəmir tabutlar açılmadan dəfn olundu.
Dəhşətli təyyarə qəzasının 29 illiyi günündə həlak olanların ailələrinə rayonların müvafiq qurumlarının necə diqqət göstərmələrilə maraqlandıq. Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanında təyyarə qəzasında həlak olan 15 nəfər xaçmazlının xatirə güşəsinə rast gəldik. Siyəzən şəhərində də qəzada həyatını itirən Hökmulla Talıbovun xatirəsinə həsr olunmuş kompleks inşa olunub.Sözsüz ki, onların xatirəsinin əbədiləşdirilməsi vacibdir, amma ailələrinə rəsmilərin diqqət göstərməyi də əsasdır.
Bənövşə Əhmədovanın bu sözləri mənə xeyli bundan məşhur pambıqçı qadınlarımızdan birinin çox mütəəssiredici hərəkətini xatırlatdı. Oğlunun ölümünü eşidən ana qızının toyunu edənəcən onun meyitinin gətirilməsini yubadır və toydan sonra ailə yası keçirir. Bəlkə Bənövşə ana da belə edəcəkdi, bilmirəm, amma analar doğrudan da dözümlü və böyük qəlbli olurlarmış belə anlarda. Bənövşə Əhmədova deyir ki, Akifin dəmir tabutunu açmağa qoymadılar, içində deyirlər, bir şinel, bir şapka və bir ovuc kül vardı.
Bu dərdli ananı söhbətimiz boyu gözü tox gördüm.Yaşadığı ev qəzalı görünürdü, onunla yaşayan kiçik oğlu təzə ev tikməyə başlayıb və yarımçıq qalıb. Amma ana Xaçmazın rəsmilərindən evin tikilməsində yox, Akifin adının əbədiləşdirilməsinə kömək istədi: "Oğlum qazanar, tikər evini. Yeganə istəyim odur ki, Qaradağ Buduq kəndində yeni inşa olunan məktəbə Akifin adı verulsin. Onda rahat olaram".
Bənövşə Əhmədovanın müraciəti ilə bağlı Xaçmaz rayon icra hakimiyyətindən bildirildi ki, indi şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Bənövşə Əhmədova dəfələrlə icra hakimiyyətinə müraciət edib və bu, ona izah olunub. Qarşıdakı ildə icra hakimiyyəti Akif Əhmədovun adının əbədiləşfirməsindən ötrü Nazirlər Kabineti vəsadət qaldırmağı planlaşdırıb. İcra hakimiyyətindən o da bildirildi ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi qurumda əsas məsələlərdəndir və Bənövşə Əhmədova da diqqətdən kənarda qalmayıb.
Ümumiyyətlə, şimal rayonlarının icra hakimiyyətlərindən öyrəndik ki, bütün şəhidlər kimi, təyyarə qəzasında həlak olmuş şəhidlərin ailələrinə də hər cür qayğı göstərilir. Amma əlaqə saxladığımız şəhidlərin ailələrindən son zamanlar onlara icra hakimiyyəti tərəfindən hər hansı yardım görmədikləri deyildi.
Qubadan 11 dekabr 1988-ci il təyyarə qəzasında həlak olan Zöhrab Əkbərovun həyat yoldaşı Sevil Əkbərova İh-dən heç bir yardım və köməklik görmədiyini dedi. Amma Quba icra hakimiyyətindən həmin şəhidin ailəsinin Quba şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş binada mənzillə təmin olunduğu, Zöhrab Əkbərovun oxuduğu Xucbala kənd məktəbinə onun adının verildiyi bildirildi.
Bir nümunə deyəcəyəm, Qubada təyyarə qəzasında neçə nəfərin həlak olmasını xeyli araşdırmadan sonra öyrənməli oldum. Bu gün baş verməsindən 29 il ötən 11 dekabr 1988-ci il təyyarə qəzasının qurbanlarından ailələrinə Sovetlər Birliyinin beşguşəli ulduzu həkk olunmuş, içərisində bir ovuc kül, şinel və şapka olan dəmir tabut basdırılan qəbirləri qalıb. Qarabağ münaqişəsinin ilk şəhidləri sayılan bu 68 nəfərin ailəsini unutmamalıyıq. Axı unutmayaq ki, onlar havada erməni xəyanətinin, erməni xislətinin qurbanı olublar. Tarixən azərbaycanlıların soyqırımını həyata keçirən ermənilərin ən ağır terrorunun qurbanı olub, axı bu şəhidlərimiz. Unutmayaq! Ruhları şad olsun.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























