• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimə ölüm hökmü verildi

Azərbaycanlı alimə ölüm hökmü verildi
13.12.2017 10:12
Təbrizli araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali haqda çıxarılan edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

"GünAz TV" xəbər verir ki, "İran Wire”in yaydığı məlumata görə, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.


Əhmədrza Calalinin anası isə bildirir ki, iki gün öncə edam hökmünün təsdiq edildiyini eşidib: "Həmən oğlumun vəkilinə zəng etdim. O bildirdi ki, "bu şayiədir, hələlik Ali Məhkəmə bu barədə qərar verməyib. Lakin bu gün vəkil hökmün təsdiq edildiyi ilə bağlı sənədi alıb".


Hakim Abbas Cəfəri Dolətabadi oktyabr ayında Əhmədrza Calalini casusluqda günahlandırıb. İddiaya görə, o, bəzi iranlı nüvə alimləri ilə bağlı "Mossad”a məlumat ötürüb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.


Mətbuatda yayılan xəbərə görə, təbrizli alim İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.


Azərbaycanlı alimin anası bir istəyi olduğunu bildirir: "Bizim səsimizi dünya ictimaiyyətinə çatdırın. Deyin ki, Əhmədrza məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsini istəyir. Qoy oğlumun günahı varsa, açıq desinlər və bütün insanlar buna şahid olsun. Biz yalnız bunu tələb edirik”, - deyə o vurğulayıb.


Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O, 9 il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o, İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində çalışıb.


Əhmədrza Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib. Məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.


Edam hökmü oktyabrın 21-də elan olunub.


Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O, Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası keçirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol