İsveçrəlilər qondarma Qarabağdan getdi

İsveçrənin "Swisscom" şirkəti qondarma "Karabakh Telecom” ilə əməkdaşlığa xitam verib. Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir. Məlumatda bildiriliİsveçrənin
aparıcı mobil operatoru "Swisscom”un Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh
Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycanın
İsveçrədəki səfirliyi həm "Swisscom” şirkətinin rəhbərliyi, həm də
İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş
apararaq, "Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğunu və
işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət
göstərdiyini, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə
çalışdığını izah etmiş, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən
İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar
hörmətsizlik nümayiş etdirən qondarma "Karabakh Telecom” şirkəti ilə
əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyini
qarşı tərəfin diqqətinə çatdırıb.
"Qeyd edək ki, "Swisscom” şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə Federal Xarici İşlər Departamentindən "Swisscom”un qanunsuz "Karabakh Telecom” şirkəti ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız Səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər. "Swisscom”un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan Səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, "Swisscom”un "Karabakh Telecom”la əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib ", deyə məlumatda bildirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib