• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan etiraf: Azərbaycan güclüdür

Sarkisyandan etiraf: Azərbaycan güclüdür
18.12.2017 14:08
Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə "Armeniya” telekanalına müsahibəsində Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edib. Sarkisyan Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını deyib.

Erməni prezident deyib: "Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (Aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bunu etməmişik”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov AzVision.az-a bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın Ermənistandan güclü olduğunu açıq-aşkar etiraf edir. Ramaldanovun sözlərinə görə, Sarkisyan bunu etiraf etmək məcburiyyətindədir. 

Hərbi ekspertin sözlərinə görə, Ermənistanda cəmiyyət qarşısında verilən heç bir vəd yerinə yetirilməyib və indi bu ölkənin prezidenti hər şeyi etiraf etmək məcburdur. 

"Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi. Ermənistan tərəfi isə müdafiə olunan mövqelərini itirməyə məcbur oldu. Ordumuz həmin mövqeləri işğaldan azad edərək verilmiş tapşırığı yerinə yetirdi. Onlar ordumuzun qarşısında tab gətirsəydilər, həmin mövqelərdən geri çəkilməzdilər. İlk vaxtlarda ermənilər məğlubiyyəti etiraf etmirdilər. Cəmiyyətə vədlər verirdilər ki, biz həmin əraziləri geri alacayıq. Bundan sonra müəyyən təxribatlara cəhd etdilər. Həmin təxrbatların hər birinin qarşısı alındı. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində rəhbər şəxsləri dəyişdirildi. Dəyişikliklərdən sonra da müəyyən təxribat cəhdləri oldu və düşmən layiqincə cavabını aldı”. 

Ş.Ramaldanov əlavə edib ki, aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb: "Bunun nəticəsidir ki, ölkədə etirazların sayı daha da artıb. Həmçinin keçmiş müdafiə naziri müxalifətə keçib və dövlət rəhbərliyinə bildirib ki, Azərbaycanla Qarabağ məsələsini həll etmək lazımdır. Özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir”. 

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Sarkisyanın etirafı həmçinin Ermənistanın havadarlarına və xaricdə olan diaspor təşkilatlarına ünvanlmış mesajdır: "Sarkisyan bu mesajla Ermənistan odrusunun necə aciz vəziyyətdə olduğunu göstərdi. O, bunu etməklə öz havadarlarından yardım dilənmək istəyir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol