Türkiyənin xarici işlər naziri Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Anews.az APA-ya istinadən xəbər verir ki, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.
Bildirilir ki, görüşdə, əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























