• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verəcək

Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verəcək
20.12.2017 12:45
"Nazirlərin üçtərəfli altıncı görüşü gələn il davam etdiriləcək”. 

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü zamanı nəqliyyat, enerji, turizm sahələrində əməkdaşlıq məsələləri və Fələstin - İsrail münaqişəsi müzakirə edilib: 

"Bildiyiniz kimi hər üç ölkə ABŞ-ın Qüdslə bağlı qərarını bu formada qəbul edə bilməz. Sabah BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı qətnamə müzakirə ediləcək. Azərbaycan Türkiyə və İran bu qətnamənin lehinə səs verəcəklər”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, nazirlərin üçtərəfli gürüşü region və hər üç ölkə üçün çox faydalı və effektivdir: "Hər üç ölkənin zəngin əməkdaşlıq tarixi var. Amerikanın Qüdsü paytaxt kimi tanınması məsələsini bugünkü görüşdə müzakirə etdik. Bundan əlavə turizm, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərinə toxunduq. Biz İran və Azərbaycan arasında özəl sektorun artırılmasına dair razılığa gəldik”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Qüds məsələsinə toxunub: "Görüşümüz zamanı enerji və nəqliyyat sahəsində əməkdaşlığın artılmasına dair məsəlləri müzakirə etdik. Növbəti görüşümüz Türkiyədə keçiriləcək və qardaşım Zərifin təklifi ilə növbəti görüş zamanı iş adamları və iqtisadiyyat nazirlərinin iştirakı ilə forumun keçirilməsi planlaşdırılır. Qüds məsələsində göstərdiyi dəstəklərə görə Azərbaycan və iranlı həmkarlarıma təşəkkür edirəm. Biz ABŞ-ın yalnış qərarından geri dönməsini istəyirik. Sabah BMT-də Qüdslə bağlı qətnamə müzakirəyə çıxarılacaq. Ümid edirik ki, qətnamə səsvermədən keçəcək. Sabah Fələstinin XİN rəhbəri ilə birgə Nyu-Yorkda BMT-nin iclasına qatılacağıq. Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol