Türkiyə baş naziri qızı ilə Naxçıvanda

Türkiyə baş naziri Binəli Yıldırım Naxçıvana rəsmi səfər edib.
Bu, son 9 il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.
www.anews.az
"Qafqazinfo”nun "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. yıldırımı Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen və digər rəsmilər qarşılayıb.
Binəli yıldırımı qızı Büşra Bahar Köylübay, baş nazirin köməkçisi Bəkir Bozdağ, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya müşayiət edib.
Qeyd olunur ki, bu gün Vasif Talıbovla Binəli Yıldırım arasında görüş keçiriləcək, sonra isə qonağın şərəfinə şam yeməyi veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























