• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şok olay: Hərbi hissə komandirini şantaj edən tutuldu

Azərbaycanda şok olay: Hərbi hissə komandirini şantaj edən tutuldu
22.12.2017 19:06
Cəlilabad rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi hissə komandirini şantaj edərək ondan pul alan şəxsi saxlayıblar.


Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Əldə edilən məlumatlara görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Tural Məmmədov saxlanılıb. Əməliyyatçılar onu cinayət başında - 300 manat məbləğində pul alarkən yaxalayıblar.


Hər şey ondan başlayıb ki, Dağlıq Qarabağda gedən Aprel döyüşləri zamanı Lələ Təpənin alınmasında iştirak edən, N saylı hərbi hissənin hərbi qulluqçusu (ad çəkilmir) bir neçə günlüyə məzuniyyətə çıxıb. Əsgər evə valideynlərinin yanına gəlib.


Azərbaycanda belə bir adət var ki, əsgər evə gedəndə bütün qohumlar onun valideynlərinin evinə yığışırlar. Bu dəfə də elə olub. Evdə açılan bayram süfrəsinin başında söhbət zamanı hərbi qulluqçu dayısının onun xidmət etdiyi hərbi hissənin komandiri ilə keçmiş xidmət yoldaşı olduqlarını öyrənib.


Məlum olub ki, dayının həmin komandirlə bağlı gözəl xatirələri və dostluq münasibətləri var. Hərbi hissəyə qayıtmaq vaxtı çatanda dayı bacısı oğluna narla dolu bağlama verib ki, onu hərbi xidmət yoldaşı olan komandirə çatdırsın.


Hərbi hissəyə gedərkən əsgər Cəlilabad rayonuna baş çəkib və zəng etmək istəyib. Onun telefonunda kontur olmadığına görə, təsadüfən yanında olan Tural Məmmədovdan zəng etmək üçün telefonunu xahiş edib. Tural Məmmədov telefonun diktofonunu qoşaraq onu əsgərə verib. Söhbət zamanı hərbi qulluqçu komandirə bildirib ki, ona hədiyyə gətirib. Sonra əsgər hərbi hissəyə qayıdıb və komandirə çatacaq bağlamanı verib.


Bir qədər keçəndən sonra Tural Məmmədov hərbi hissə komandirinə zəng edərək onu rüşvət almaqda günahlandırıb. Məmmədov komandiri ondan hərbi prokurorluğa şikayət edəcəyi ilə hədələyərək 200 manat tələb edib. Amma komandir bu şəxslə söhbəti davam etdirməyib və telefonu söndürüb.


Sonra Məmmədov hərbi hissə komandiri ilə bağlı prokurorluğa şikayət edib. Bundan sonra Tural Məmmədov yenə komandirlə əlaqə saxlayaraq onun haqqında şikayət etdiyini xəbər verib.


Bundan sonra komandir rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı tarixçəni əvvəldən axıradək təfsilatı ilə danışıb. Əməliyyatçılar komandirə 300 manat verərək belə bir plan qurublar ki, o, Məmmədovla görüşərək pulu ona versin. Plan baş tutub və nəticədə şantajçı şəxs saxlanılıb. Məmmədovla bağlı AR Cinayət Məcəlləsinin 182.4 (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.


Qeyd edək ki, cinayət qanunvericiliyinə bir sıra əlavə və dəyişikliklər edilib. O cümlədən Cinayət Məcəlləsinin 182-ci maddəsinə yeni bənd əlavə edilib. Bu bəndə görə, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə və bu əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hazırda maksimal cəza müddəti 15 ildir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol