Gürcüstanın Qarabağda Ermənistana dəstək vermək qərarı

Rəsmi Tiflis Gürcüstan naminə Rusiyanın sözünə baxdığını etiraf edib
İstiPressi-in məlumatına görə, Gürcüstan müxalifətini ciddi şəkildə özündən çıxaran bu məsələ rəsmi Tiflisin Abxaziya və Osetiyanın ilhaqı ilə razılaşması ilə yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək verməsi sayıla bilər.
Həmin yol həm də hərbi qüvvənin rahat keçə biləcəyi yoldur. 2008-ci ildə baş vermiş müharibədə Rusiya tankları həmin yolu asanlıqla keçərək tez bir zamanda Qorini tutdular.
"Sputnik Armeniya” portalının yazdığına görə, Ermənistan da Cənubi Osetiyadan keçən tranzit yolu ilə ciddi maraqlanır: "Ermənistana gələn yüklərin böyük hissəsi - 80 faizi Rusiyadan gəlir… İqtisadi baxımdan Ermənistan üçün ən əlverişli marşrut Cənubi Osetiyadan keçən Şimali Osetiya - Qori marşurutudur. O, mövcud Lars yolundan 80 kilometr uzun olsa da əlverişli iqlim şərtlərinə görə daha üstün mövqedədir”.
Georgi Kvirikaşvili həmin dəhlizlərin 2011-ci ildə indiki müxalifətin Rusiya ilə bağladığı müqavilə əsasında açıldığını bildirir. Amma müxalifət dairələri 2011-ci ildə həmin müqaviləni ABŞ-ın diqtəsi ilə imzaladıqlarını, indi belə bir diqtənin olmadığını, həmçinin müqavilə dəhlizdən üçüncü ölkənin, yəni Ermənistanın istifadəsini nəzərdə tutmadığını bildirirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























