• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili Qoşunların generalı vəzifəsindən azad edildi

Daxili Qoşunların generalı vəzifəsindən azad edildi
25.12.2017 11:58
Daxili Qoşunların generalı ehtiyata buraxılıb.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş. Xəlilovu "DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini = Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol