• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN: “Bakı və İrəvana konkret təkliflər verilib”

Rusiya XİN: “Bakı və İrəvana konkret təkliflər verilib”
27.12.2017 15:35
"Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsini alqışlayır və danışıqların nəticəli olmasında maraqlıdır”.

AzVision.az xəbər verir ki, bunu "İnterfaks”a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. 

Onun sözlərinə görə, Rusiya güzəştlərin axtarılmasında Bakı və İrəvanın səylərini dəstəkləyir: "Öz növbəsində, Minsk qrupunda həmsədr olan tərəfdaşlarla birlikdə uzun sürən münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik”.

Karasinin sözlərinə görə, ABŞ, Rusiya və Fransanın vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyəti rəhbərlərinin birgə bəyanatında dəqiq qeyd olunub.

Nazir müavini əlavə edib ki, 2017-ci ilin oktyabrında Cenevrədə həmsədrlərin dəstəyi ilə münaqişənin həllinə həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirilib: "Sammitdə münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb. Dekabr ayında Vyanada ATƏT XİN başçıları Şurasının iclasında Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həlli ilə bağlı əsas məsələləri müzakirə edib. Hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Həmçinin münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verilib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol