• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşləri zamanı yaralanan hərbçidən — ŞAD XƏBƏR

Aprel döyüşləri zamanı yaralanan hərbçidən — ŞAD XƏBƏR
28.12.2017 10:22
"2016-cı ilin məlum aprel döyüşləri zamanı qardaşım Yaşar Ağayev yaralanandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yerli həkimlərimiz tərəfindən ona ilkin tibbi yardım göstərildi”.
 
Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin qardaşı Anar Ağayev bildirib. Onun sözlərinə görə, hərbçi qardaşı dövlət tərəfindən tam müalicə olunub.
 
"Qardaşımı Türkiyənin Gülhanə Tibb Akademiyasına göndərdilər. Orada olanda bizə yüksək səviyyəli qulluq göstərildi, sağ olsun dövlətimiz bizi tək buraxmadı. Müdafiə nazirinin tapşırığına əsasən nazir müavini də bizi Türkiyədə ziyarət etdi, müalicənin gedişi və problemlərimizlə maraqlandı”, - deyə Anar Ağayev bildirib.
 
Onun sözlərinə görə, qardaşı Azərbaycana qayıdandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında reabilitasiya keçib. Anar Ağayev deyir ki, həmin ərəfədə də Yaşar Ağayev diqqətdən kənarda qalmayıb: "Bu günlərdə ailəmizin bir çətinliyi də hərbçilərimizin köməyi ilə həll olundu. Müdafiə nazirliyinin rəhbərliyi yenə də bizə dəstək oldu. Bütün bu diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin birinci vitse-prezidentinə Mehriban xanım Əliyevaya, o cümlədən Müdafiə nazirinə və nazirliyin bütün şəxsi heyətinə ailəmiz adından minnətdarlığımızı çatdırıram”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol