• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: Ordumuz regionun ən güclüsü olduğunu sübut etdi

Zakir Həsənov: Ordumuz regionun ən güclüsü olduğunu sübut etdi
29.05.2020 06:18
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan ordusunun şəxsi heyətini təbrik edib. 

Anews.az-ın xəbərinə görə, təbrikdə deyilir: 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.

2017-ci il xalqımızın, ordumuzun şəxsi heyətinin yaddaşında əlamətdar hadisələrlə qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası artıb, ordu quruculuğunda görülən işlər öz müsbət nəticəsini verib, mühüm işlər görülməklə həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.

Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının daim diqqət və qayğısı sayəsində orduda şəxsi heyətin sosial-məişət problemləri həll edilir, hərbi hissələrin maddi-texniki bazası daha da möhkəmlənir. Yüksək ixtisaslı, peşəkar hərbçi kadrların hazırlanması prosesi ordu quruculuğunun mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Yeni hərbi şəhərciklər və hərbi hissələr istifadəyə verilir, müxtəlif qoşun növlərində müasir təlim mərkəzləri yaradılıb ki, bunlar da dövlətin orduya diqqəti və qayğısının parlaq təzahürüdür.

Ordumuzun hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar hərbi qulluqçularımızın döyüş əzmini, qələbə ruhunu daha da artırır.

Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Həmin günlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu qələbədən qürur duyduqlarını, hərbçilərimizə dəstək olduqlarını nümayiş etdirdilər.

Azərbaycan Ordusunda keçirilən taktiki təlimlər ordunun döyüş qabiliyyətini daha da artırır, gücləndirir. Ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.

Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol