Məmmədyarov TürkPA baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə tərəflər assambleyanın hazırki və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda TürkPAnın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb.
TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığına dair də müzakirə aparılıb. A. Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























