Ermənilərin Naxçıvan qorxusu

Əlahiddə Ümumqoşun Ordusundan qorxan ermənilər Rusiyadan mədət ummağa başladılar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusu erməniləri qorxuya salıb. Belə nəticəyə erməni diplomat Arman Navasardyanın yerli jurnalistlərə bəyanatından sonra gəlmək olar.
Xatırladaq ki, hələ üharibə illərində ermənilərin hücumları, hərbi texnikasının mövcudluğuna baxmayaraq naxçıvanlılar ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında düşmənə bir qarış belə torpaq vermədilər. Erməni ordusu isə kifayət qədər itki verdi.
Məhz bunun üçün də Ermənistan Muxtar resspublika ərazisində baş verənlərdən, xüsusilə Türkiyə ilə birlikdə həyata keçirilən hərbi təlimlərdən çox narahat olur. Adıçəkilən ölkənin baş naziri Binali Yıldırımın bir müddət öncə naxçıvana səfəri də düşmənlərimizi əməlli-başlı narahat edib. Səfərin məqsədi ölkələr arasındakı iqtisadi əməkdaşlığı daha da gücləndirmək olsa da, ermənilər hər şeyi qorxu ilə qəbul edirlər.
Onlar deyirlər ki, Azərbaycan Naxçıvanda böyük hərbi potensial toplayır, onu ən müasir hərbi texnika ilə təmin edir. Türk nazirin səfəri də təsadüfi deyil.
Qorxan İrəvan bəyan edir ki, Rusiya artıq sadəcə müşahidəçi olmamalı və Cənubi Qafqazda meydana çıxa biləcək daha bir "sunami"yə hazır olmalıdır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























