• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Qarabağla bağlı nə edə bilər?

Roma Qarabağla bağlı nə edə bilər?
04.01.2018 15:47
ATƏT-ə sədrlik İtaliyaya keçdi, artıq İtaliya rəsmiləri və XİN Qarabağla məşğul olacaqlarını açıqlayıblar. Bəs Roma Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirəcəkmi?

Politoloq Elxan Şahinoğlu Axar.az-a açıqlamasında 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlərin eyni açıqlamanı verdiyini bildirib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umurdu:

"Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi, ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır. Çünki nə qədər fəal olsan da, o birilərdən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir, onlar da Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər. Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə mərhələli həll planının qəbulunu vacib saydı, ancaq Ermənistan "yox” deyəndən və Kreml bunu gizli və açıq şəkildə dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT-in Minsk Qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının vacibliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur”.

Qeyd edək ki, yanvarın 1-dən ATƏT-ə İtaliyanın Xarici İşlər naziri Angelino Alfano sədrlik edir. A.Alfano ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcəyini bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol