• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan sonra növbədə Türkiyədir?

İrandan sonra növbədə Türkiyədir?
04.01.2018 16:52
Türkiyə elə dövlət deyil ki, hər an hansısa bir dövlət daxildən müdaxilə edib onu sarsıda bilsin.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Rusiyalı politoloq, ictimai xadim, filosof, neoavrasiyaçı ideoloq Aleksandr Duqinin fikirlərinə münasibət bildirən Q.Hüseynli qeyd edib ki, Türkiyənin siyasətindəki müəyyən yanlışlıqların aradan qaldırılmasına ciddi ehtiyac olduğu başqa məsələdir:

"Məsələn, Duqin vəziyyətdən çıxış yolu kimi Rusiya-Türkiyə-İran-Çin birliyinin möhkəmləndirilməsini ön plana sürür. Bunu guya Türkiyəni təhdid edən təhlükədən qorunmağın yeganə vasitəsi hesab edir. Amma mən başqa cür fikirləşirəm. Hesab edirəm ki, Türkiyə NATO ilə əlaqələrini daha sıxlaşdırmalıdır. Türkiyə-ABŞ münasibətlərinin daha da istiləşməsi üçün maksimum səy göstərmək lazımdır. Bir Fətullah Gülən hadisəsinə görə ABŞ kimi nəhəng dövlətlə münasibətləri pozmaq və yeri gəldi-gəlmədi Donald Trampın, ABŞ-ın ünvanına kəskin tənqidlər söyləmək məncə, Türkiyənin maraqlarına o qədər də cavab verən addımlar deyil”.

Q.Hüseynli bildirib ki, artıq Türkiyənin özündə də yürüdülən siyasətlə bağlı ciddi əndişələr var:

"Baş nazirin keçmiş müavini Bülənd Arınc etirazını bildirir. Keçmiş prezident Abdulla Gül yürüdülən siyasətlə bağlı fərqli mövqedə dayandığını bəyan edir. Üstəlik, AKP-nin öz içərisində susan, bildiklərini üzə vurmayan insanların sayı getdikcə artır. Belə olan təqdirdə dayanmadan qarşı tərəfləri, qonşu dövlətləri və NATO-nun onurğa sütunu olan ABŞ-ı təndiq etmək heç də düzgün siyasət deyil. Zənnimcə, Türkiyə hələ o vəziyyətə gəlməyib ki, Ankaraya necə davranacağı, necə siyasət yürüdəcəyi barədə öyüd-nəsihət verəsən”.

Q.Hüseynli daha sonra deyib:

"Türkiyənin min illik dövlətçilik təcrübəsi var. Böyük imperiya olub, dünyanın böyük bir hissəsinə nəzarət edib. Bu gün də həmin dövlətçilik ənənələri yaşamaqdadır. Amma əlbəttə müəyyən münasibətlərin düzəldilməsinə, münasibətlərdə ardıcıllığın qorunmasına, xüsusən Atatürkçü mövqedən möhkəm yapışılmasına ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Son zamanlar Türkiyədə islama geniş meydan açılması ziyalılarda əndişələr yaratmaqdadır. Amma Türkiyəyə təhdidlər məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, bu ölkə dünyanın sənayecə inkişaf etmiş 13-cü ölkəsidir. Güclü ordusu var, xalqı vətənpərvərdir. Yeri gələndə, hər hansı təhlükəyə qarşı bir anda səfərbər olmağı bacarandır. Ona görə də Türkiyəyə qarşı hər hansı təhdid yaxşılıqla sonuclanmayacaq”.

Qeyd edək ki, A.Duqin ABŞ-ın Türkiyəni də İran kimi içəridən qarışdırmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, ABŞ-da Rza Zərrab işi də buna hesablanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol