• $
  • €
  • ₽
  • ₺
  • £

Gerasimovun mühüm Bakı səfəri: Müharibə ehtimalı...

Gerasimovun mühüm Bakı səfəri: Müharibə ehtimalı...
09.01.2018 09:51
NATO və Rusiyanın yüksək rütbəli şəxslərinin görüş yeri olaraq növbəti dəfə Bakını seçməsi çox əlamətdar bir hadisədir. Bu o deməkdir ki, Bakı hər iki tərəf üçün məqbul şəhərdir.

Bu sözləri politoloq İlqar Vəlizadə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda gözlənilən görüşünü Axar.az-a şərh edərkən deyib. Ekspert bu görüşü "Azərbaycanın siyasi uğuru” adlandırıb:

"Bakı həm yerləşdiyi məkana, həm də regionun siyasi səhnəsində oynadığı rola görə seçilib. Eyni zamanda, danışıqlar üçün Bakının münbit infrastrukturasının olması və təhlükəsizlik baxımından önəmli yer tutması da mühüm amillərdəndir. Bu görüş ölkəmizin geosiyasi baxımdan mühüm oyunçu olmasından xəbər verir. Ukrayna böhranından öncə NATO-Rusiya, Rusiya-ABŞ, o cümlədən bu ölkələrin xarici işlər nazirləri arasında dialoq formatı var idi və tərəflər müxtəlif məsələləri müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlirdirlər. Bu format regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malik idi. Çünki ziddiyyətli problemlər məhz həmin formatlar daxilində yoluna qoyulurdu. Ancaq Rusiya-NATO, Rusiya-ABŞ formatı faktiki olaraq dayandığından proseslər xeyli mürəkkəbləşdi. Hazırkı vəziyyət yenidən danışıqlara qayıtmağı tələb edir. NATO və Rusiyanın yüksək rütbəli şəxsləri də məhz buna görə Bakıda bir araya gələcəklər”.

Politoloq hesab edir ki, sözügedən görüşün siyasi əhəmiyyəti olduqca böyükdür:

"Suriya, Ukrayna, Şimali Koreya və digər bir sıra təhlükəli proseslər ABŞ və Rusiya arasında III Dünya savaşına gətirib çıxara bilər. Rusiya və NATO rəsmiləri də məhz bu ehtimalları aşağı salmaq üçün Bakıda bir araya gələcəklər. Hər halda tərəflərin uzun müddətdən sonra danışıqlara qayıtması müsbətdir. Bundan öncə Bakıda baş tutan bənzər görüşlər də göstərir ki, gündəmdə olan ziddiyyətli məsələlərin həlli üçün yenidən danışıqlara başlamaq supergüclər üçün faydalı ola bilər”.

Qeyd edək ki, xarici mətbuatda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun yanvarda Bakıda görüşəcəyi deyilir.

Bu, tərəflər arasında 2013-cü ildən bu yana ilk görüş olacaq.

Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol