Qarabağda iki erməni əsgər minaya düşüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində iki erməni əsgər minaya düşüb.
AzVision.az "Novosti-Armeniya”ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş versə də, bu barədə rəsmi məlumat indi yayılıb.
Yaralanan hərbçilər Xankəndindəki hospitala yerləşdirilib. Hər iki əsgərin ayağı amputasiya olunub.
Ötən gün isə onlar Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına aparılıblar. Onlardan birinin – N.Marukyanın vəziyyətinin ağır olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























