• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni iş yerləri yaradılacaq

Azərbaycanda yeni iş yerləri yaradılacaq
10.01.2018 22:01
"Yeni iş yerlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Ötən il bu sahədə çox əlamətdar il olub. Ancaq bu, daimi proses olmalıdır. Çünki bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əhali artır. Bu da çox müsbət haldır və eyni zamanda, ölkəmizdə gedən uğurlu proseslərin təzahürüdür. Çünki əhalinin artımı onu deməyə əsas verir ki, ölkə düzgün istiqamətdə inkişaf edir"

AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir: "Bu, bizim potensialımızı gücləndirir, eyni zamanda, daim qarşımızda vəzifələr - ilk növbədə, infrastrukturla, sosial infrastrukturla və iş yerlərinin yaradılması ilə bağlı vəzifələr qoyur. Əhali artdıqca məktəblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yeni yerlər müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir, digər kommunikasiyalar – su, qaz, elektrik xətləri çəkilməlidir. Bax, deməli, demoqrafik artımın əlamətləri bundan ibarətdir. Bu da əlavə xərc tələb edir. Dövlət büdcəsindən infrastruktur layihələrinə qoyulan xərclər daim artır".

Prezident, həmçinin qeyd edib: "Keçən il biz nə qədər böyük işlər görmüşük. Ona görə yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. 2004-cü ildən bu günə qədər iki milyona yaxın yeni iş yeri açılıb. Amma baxın, əhali də nə qədər artıb. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlərinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi bu il də sürətlə gedəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol